Tullantılar necə biznesə çevrilir? “Tullantıların biznesi” kitabı NƏŞR OLUNDU
Dövlət idarəetməsi üzrə fəlsəfə doktoru (PhD) Ayaz Salmanovun müəllifi olduğu "Tullantıların biznesi: Dairəvi iqtisadiyyat və davamlı gələcək" adlı yeni kitab işıq üzü görüb.
Təşəbbüslər və Layihələr Mərkəzinin (TLM) direktoru, iqtisadiyyat üzrə fəlsəfə doktoru (PhD) Ceyhun Osmanlının layihə rəhbərliyi ilə ərsəyə gələn kitabda tullantıların idarə olunmasının iqtisadi əsasları, dairəvi iqtisadiyyat prinsipləri və resurslardan səmərəli istifadə yanaşmaları geniş şəkildə təhlil olunur.
Müəllif kitabda ənənəvi "al, istifadə et, at" modelinə alternativ olaraq dünyada geniş tətbiq olunan dairəvi iqtisadiyyat yanaşmasını Azərbaycan oxucusu üçün sistemli və praktik formada təqdim edib.
Kitabın diqqətçəkən cəhətlərindən biri tullantılara yalnız ekoloji problem kimi deyil, iqtisadi dəyər yarada bilən resurs kimi yanaşılmasıdır. Nəşrdə müxtəlif tullantı növlərinin idarə olunması, təkrar istifadə və təkrar emal imkanları, eləcə də bu sahədə tətbiq olunan beynəlxalq təcrübə və biznes modelləri geniş şəkildə izah edilib.
Müəllif vurğulayıb ki, tullantının yaranmasının qarşısının alınması tullantıların idarə olunması iyerarxiyasında ən yüksək prioritet hesab olunur. Bununla yanaşı, materialların dövriyyəyə qaytarılması resurslardan daha səmərəli istifadəyə, enerji sərfiyyatının və karbon emissiyalarının azalmasına mühüm töhfə verir.
Niyə məhz "Tullantıların biznesi"?
Ayaz Salmanovun fikrincə, "tullantıların biznesi" ifadəsi ilk baxışda ziddiyyətli görünə bilər. Ənənəvi yanaşmada tullantı xərc mənbəyi hesab olunsa da, müasir dairəvi iqtisadiyyat prinsiplərinə görə tullantı düzgün idarə edildiyi halda yeni iqtisadi dəyər yaradan resursa çevrilə bilər.
Kitabın əsas məqsədi dünya təcrübəsini, ən son texnologiyaları və uğurlu biznes modellərini Azərbaycan oxucusuna çatdırmaq, eyni zamanda onların yerli şəraitdə tətbiq imkanlarını göstərməkdir. Nəşr tullantıların idarə olunması sahəsində çalışan mütəxəssislər, sahibkarlar, dövlət qurumlarının əməkdaşları, müəllimlər, tələbələr və dairəvi iqtisadiyyatla maraqlanan hər kəs üçün praktik bələdçi kimi nəzərdə tutulub.
Tullantı problem deyil, imkandır
Ayaz Salmanov yazıb ki, dairəvi iqtisadiyyata keçid təkcə ekoloji məsuliyyət deyil, həm də iqtisadi inkişaf üçün yeni imkanlar yaradır. Kitabda beynəlxalq təcrübə və elmi yanaşmalar əsasında göstərilir ki, resurslardan səmərəli istifadə həm ekoloji yükün azaldılmasına, həm də yeni biznes və investisiya imkanlarının formalaşmasına xidmət edir.
Bundan əlavə, kitabda genişləndirilmiş istehsalçı məsuliyyəti (EPR), tullantıların iqtisadi dəyərə çevrilməsi mexanizmləri və bu sahədə praktik fəaliyyət planları da təqdim olunur.
Bir sözlə, "Tullantıların biznesi: Dairəvi iqtisadiyyat və davamlı gələcək" tullantıların idarə olunması, dairəvi iqtisadiyyat və resursların səmərəli istifadəsi sahəsində Azərbaycan dilində hazırlanmış praktik nəşrlərdən biri olmaqla, geniş oxucu auditoriyası üçün faydalı mənbə hesab oluna bilər.
Qeyd edək ki, “Tullantıların biznesi: Dairəvi iqtisadiyyat və davamlı gələcək” kitabının tərtibatçı-dizayneri Brilyant Məmmədova, redaktoru isə Toğrul Rəhimlidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 23 saat sonra
-
-
22 d. əvvəl
Metroda tarixi "ayrılıq" – Yaşıl və qırmızı xətlər 11 ay sonra müstəqil olacaqlar
- 34 d. əvvəl
- 46 d. əvvəl
-
1 saat əvvəl
“Azərsun Holdinq” yerli xammaldan günəbaxan yağı istehsalını 4000 tona çatdıracaq
-
1 saat əvvəl
Birbank Star kartı ilə ictimai nəqliyyatda hər ay 5 gediş ödənişsizdir ®
-
1 saat əvvəl
“Fitch” Azərbaycan Mərkəzi Bankının islahatlarını yüksək qiymətləndirdi
-
1 saat əvvəl
Xəzər sahilində yerləşən hovuz və şəxsi qarajı olan villalar satışa çıxarılıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Azərbaycan Çin şirkətilə alüminium və metallurgiya sənayesində birgə layihələrin həyata keçirilməsini nəzərdən keçirib
Ən çox oxunanlar
Azərbaycan nefti cüzi ucuzlaşıb
Qızılın qiyməti son 2 ayın yeni maksimum səviyyəsində
Rəsmi məzənnələr açıqlandı
Kürdəmirdə “Bazarstore” açılır
























