Aqrar sığortada yarım milyard manata yaxın təminat
Azərbaycanda sığortalanan əkin sahələri 341 min hektarı keçib. Əkin sahələrinə 458 milyon manatlıq sığorta təminatı verilib.Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizminin əhatə dairəsi genişlənir, sığortadan istifadə edən təsərrüfatların sayı artır.
Aqrar Sığorta Fondunun məlumatlarına görə, 2026-cı ilin ilk 6 ayında ölkə üzrə 341 min hektardan artıq əkin sahəsi və 3 300-dən artıq kənd təsərrüfatı heyvanı sığortalanıb.
Hesabat dövründə ölkə üzrə əkin sahələrinin sığortalanması ilə bağlı 54 829 sığorta müqaviləsi bağlanılıb və 341 224 hektar əkin sahəsi sığortalanıb.
Aqrar Sığorta Fondu tərəfindən sığortalana bilən 41 bitki və bitki məhsulundan 32-si üzrə sığorta müqaviləsi bağlanılıb. Bunlara taxıl bitkiləri – arpa, buğda və çəltiklə yanaşı, qarğıdalı, pambıq, qoz, fındıq, alma, nar, şaftalı, üzüm, tütün, nektarin, badam, xurma, gilas, çay, ərik, naringi, armud, zeytun, limon, günəbaxan, qarpız, heyva, portağal, yonca, alça, pomidor, baş soğan və sair daxildir. Hesabat dövründə Azərbaycanın bütün rayonlarında, o cümlədən işğaldan azad olunmuş ərazilərdə də əkin sahələri sığortalanıb.
Sığortalanan əkin sahələrinin böyük hissəsi arpa (167 min hektar), buğda (148 min hektar) və qarğıdalının (11 min hektar) payına düşür. Aqrar Sığorta Fondu tərəfindən sığortalanmış əkin sahələri üzrə 11 milyon 941 min manat sığorta haqqı toplanıb, sığorta təminatının məbləği isə 458 milyon manatdan artıq olub.
2026-cı ilin yanvar–iyun aylarında Aqrar Sığorta Fondu tərəfindən ölkə üzrə 3 344 baş kənd təsərrüfatı heyvanı sığortalanıb. Bu müqavilələr üzrə 4 milyon 349 min manat sığorta haqqı toplanıb və təsərrüfatlara 24,1 milyon manat məbləğində sığorta təminatı verilib.
Ümumilikdə, ilin ilk yarısında təsərrüfatların sığortalanması üzrə 16 milyon 291 min manat sığorta haqqı toplanıb, ümumi sığorta təminatı isə 482,4 milyon manat təşkil edib.
Hazırda ölkədə çəltik və qarğıdalı sahələrinin sığortalanması davam edir. Aqrar Sığorta Fondu bu sahədə çalışan fermerləri və təsərrüfatları avqustun 20-dək çəltik və qarğıdalı sahələrini sığortalamağa çağırır.
Xatırladaq ki, Aqrar Sığorta Fondu tərəfindən 41 bitki və bitki məhsulu, eləcə də mal-qara və xırdabuynuzlu heyvanlar sığortalanır. Aqrar sığortaya dövlət dəstəyi – subsidiya tətbiq edilir, yəni sığorta haqqının 50%-i dövlət tərəfindən ödənilir. Nəticədə fermerlər cüzi məbləğ ödəməklə təsərrüfatlarını sığortalaya bilirlər.
Aqrar Sığorta Fondunun göstərdiyi xidmətlər, aqrar sığorta şərtləri və sığorta haqlarının məbləği barədə məlumatları Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsi vasitəsilə və ya 1651 Çağrı Mərkəzinə zəng etməklə almaq mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 saat əvvəl
Xaricdə limitsiz Lounge, 6 dəfə transfer – Yeni premium kart təqdim olundu ®
-
1 saat əvvəl
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
-
2 saat əvvəl
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Artıq 130-dan çox şirkət əməkdaşlarını bu məhsul ilə qoruyur ®
-
3 saat əvvəl
İnvestorlara 15% gəlirlilik təklif olunur – Yerləşdirmə oktyabrın 2-də
-
3 saat əvvəl
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir! ®
-
3 saat əvvəl
Müctəba Xamenei: Tezliklə Ərəb dənizi də "düşmən qüvvələri"ndən təmizlənəcək
-
3 saat əvvəl
Əməkdaşlarının rəyləri şirkətə beynəlxalq sertifikat qazandırdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
PAŞA Kapital “INMerge” İnnovasiya Sammitinin sponsorudur ®
Artıq 130-dan çox şirkət əməkdaşlarını bu məhsul ilə qoruyur ®
Ən çox oxunanlar
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir! ®
Əməkdaşlarının rəyləri şirkətə beynəlxalq sertifikat qazandırdı
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®


























