970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Bakıda süni intellekt hesablama platforması tikiləcək - İlkin gücü 1 GVt-a olacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində “CITIC Group” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib
AzVak-mobil_resmin_ustu_31
Bakıda süni intellekt hesablama platforması tikiləcək - İlkin gücü 1 GVt-a olacaq

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov Çinin ən iri dövlət şirkətlərindən biri olan “CITIC Group”un vitse-prezidenti Benjamin Baonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Marja xəbər verir ki, görüşdə Bakıda həyata keçirilməsi nəzərdə tutulan süni intellekt hesablama platforması layihəsi üzrə əməkdaşlıq imkanları müzakirə olunub.

Reklam_3_11

Mərhələli şəkildə həyata keçirilməsi və ilkin gücünün 1 GVt-a qədər olması nəzərdə tutulan platforma ilə bağlı “CITIC Group”un potensial tərəfdaş, o cümlədən maliyyələşdirmə və tikinti-quraşdırma işlərinin icrasında iştirakçı qismində cəlb olunması məsələsi müzakirə mövzularından biri olub.

İş elanları AzVak.az-da

Həmçinin “AZCON Holdinq”in nəqliyyat, rabitə və Milli Süni İntellekt Mərkəzi üzrə layihələri çərçivəsində “CITIC Group”la əməkdaşlıq imkanları müzakirə olunub.

Görüş Bakıda rəqəmsal iqtisadiyyatın inkişafı və beynəlxalq strateji tərəfdaşlıqların genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin davamıdır.

“CITIC Group” bank, qeyri-bank maliyyə xidmətləri, sənaye istehsalı, qabaqcıl materiallar və yeni tipli şəhərsalma olmaqla beş əsas biznes istiqaməti üzrə fəaliyyət göstərir. Şirkətin ümumi aktivləri təxminən 1,5 trilyon ABŞ dolları təşkil edir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

14.08.2026 15:16
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19