Expressbank eyni gündə 2 filial açıb
Expressbank xidmətlərini müştərilərinə daha yaxın etmək məqsədilə filiallarının sayını 18-ə çatdırıb. Bakıxanov və Həzi Aslanov ərazilərində Bankın iki yeni filialı eyni gündə fəaliyyətə başlayıb.
Belə ki, Bankın rəhbər heyətinin və müştərilərinin iştirakı ilə ilk növbədə Bakıxanov, daha sonra Həzi Aslanov filiallarının açılışı baş tutub.
Açılış mərasimi Expressbankın İdarə Heyətinin sədri Mehman Məmmədovun nitqi ilə başlayıb. O, öz çıxışında Expressbankın fəaliyyətində müştəri məmnuniyyətinin və xidmət keyfiyyətinin yüksək səviyyədə qorunmasının əsas prinsiplərdən biri olduğunu vurğulayıb. Yeni filialların istifadəyə verilməsinin də bu yanaşmanın davamı olduğunu qeyd edib.
Daha sonra qonaqlar filialın xidmət zonaları ilə tanış olub, burada təqdim olunan bank xidmətləri barədə məlumat alıblar. Filialların ilk müştəriləri Bank əməkdaşları tərəfindən xüsusi hədiyyələrlə qarşılanıblar.
Müasir konsepsiya əsasında qurulan yeni filiallarda hesablaşma-kassa əməliyyatları, hesab açılması, müxtəlif növ kredit və depozit məhsulları, kart xidmətləri, pul köçürmələri, valyuta mübadiləsi və digər bank xidmətləri təqdim olunur.
Bununla yanaşı, yeni xidmət məntəqələrində Kiçik və Orta Biznes subyektləri və mikro sahibkarlara geniş xidmət heyəti tərəfindən maliyyələşmə imkanları və gündəlik biznes ehtiyaclarına uyğun bank məhsulları üzrə operativ xidmət göstərilir.
Bankın yeni açılan Həzi Aslanov Filialı Xətai rayonu, Məhəmməd Hadi küçəsi 64, Bakıxanov Filialı isə Sabunçu rayonu, Ülvi Rəcəbli küçəsi 47 ünvanında yerləşir.
Expressbank xidmət şəbəkəsinin genişləndirilməsini rahat və əlçatan bank həllərinin tətbiqi və müştəri təcrübəsinin təkmilləşdirilməsi istiqamətində fəaliyyətinin əsas istiqamətlərindən biri kimi davam etdirəcək. Hazırda Bank Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Bərdə, Şirvan, Qusar, Xaçmaz və Lənkəranda müasir konsepsiyalı filialları ilə müştərilərinə xidmət göstərir.
“Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
27 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
36 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama


























