1997-ci ildə bir məntəqə ilə başladı, indi sayı 110-a çatıb
Şirkət yanacaqdoldurma məntəqələrinin sayını 110-a çatdırıb.Azərbaycanda ən böyük yanacaqdoldurma şəbəkəsinə malik olan “Azpetrol” şirkəti, strateji inkişaf planına uyğun olaraq, 2800 Xocavənd rayonu Ağkənd ünvanında, sayca 110-cu modul tipli yanacaqdoldurma məntəqəsini istifadəyə verib.
Beləliklə, “Azpetrol” şirkəti yanacaqdoldurma məntəqələrinin sayını 110-a çatdırıb.
Son illərdə “Azpetrol”un strateji prioritetlərindən biri işğaldan azad edilmiş ərazilərdə fəaliyyətin bərpası və genişləndirilməsi olub. Şirkət Zəngilan, Füzuli, Şuşa, Laçın, Xankəndi, Xocavənd, Əsgəran və Suqovuşan kimi bölgələrdə modul tipli, Cəbrayıl və Hadrut bölgələrində isə yanacaqdoldurma məntəqələri quraraq “Böyük Qayıdış” prosesinə öz töhfəsini verib. Bu layihələr regionların iqtisadi canlanmasına, infrastrukturun inkişafına və məşğulluğun artırılmasına xidmət edir.
Xatırladaq ki, “Azpetrol” şirkətinin ilk yanacaqdoldurma məntəqəsi - “Spartak”, 1997-ci il iyulun 15-də Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 1013-cü məhəllə ünvanında açılıb.
Hazırda şirkətin Azərbaycanın əksər iqtisadi rayonlarını əhatə edən, ən müasir avadanlıqlarla təchiz olunmuş 110 yanacaqdoldurma məntəqəsi, 1 maye qaz (LPG) məntəqəsi və müasir standartlara cavab verən 1 sıxılmış təbii qaz (CNG) terminalı fəaliyyət göstərir. Yanacaq məhsullarının saxlanılması məqsədilə şirkətin 3 neft bazası və 1 avtobazası mövcuddur. Şirkətin avtomobil parkına ümumilikdə 177 yük avtomobili daxildir. Bunlardan 172-si yanacaqdaşıyan yük avtomobili, 1-i şambo, 1-i yük avtomobili, 1-i buksir və 2-si maye daşıyan avtomobildir. Bundan əlavə, 8 sıxılmış təbii qaz postu, 4 maye qaz postu və 77 elektrik avtomobili doldurma postu fəaliyyət göstərir.
Şirkətin xidmət şəbəkəsinə 1 hotel, 8 motel və əksər yanacaqdoldurma məntəqələrində fəaliyyət göstərən müxtəlif iaşə və xidmət obyektləri daxildir. Hazırda “Azpetrol”da 4000-dən çox əməkdaş çalışır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
23 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
32 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama

























