970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Mərkəzi Azəri”də hasilat 11 gün müddətinə azaldılacaq

AÇG-də 11 günlük profilaktika başlayır : Hasilat aşağı salınır
AzVak-mobil_resmin_ustu_31
“Mərkəzi Azəri”də hasilat 11 gün müddətinə azaldılacaq

"bp-Azərbaycan" Mərkəzi Azəri platformasında planlaşdırılmış profilaktik işlər proqramı haqqında məlumat yayıb. 

Qeyd edilib ki, bp Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) yatağının işlənməsi layihəsinin operatoru kimi bildirir ki, AÇG-nin illik iş proqramının bir hissəsi olaraq Mərkəzi Azəri platformasında bu gündən (19 avqust) başlayaraq 11 gün müddətində planlaşdırılmış profilaktik işlər proqramı həyata keçiriləcək.

Reklam_3_11

Proqramda nəzərdə tutulmuş işlər aparılarkən platformadan hasilat bir qədər azaldılsa da, tam dayandırılmayacaq, çünki hazırda platformalarımızda tətbiq etdiyimiz qabaqcıl texnologiyalar profilaktik işlər zamanı hasilatı təhlükəsiz şəkildə davam etdirməyə imkan verir. Yeni texnologiyaların tətbiqi  profilaktik işlər zamanı  əməliyyatları təhlükəsiz və etibarlı şəkildə həyata keçirməyə imkan  verməklə hasilata təsirləri minimuma endirməyə kömək edir.

Azəri sahəsindəki  qurğuların həm layihələndirməsi, həm də əməliyyat konfiqurasiyası inteqrasiya edilmiş olduğundan  həmin müddət ərzində Şərqi Azəri və Qərbi Azəri platformalarında da hasilat müvəqqəti olaraq azaldılacaq.

Bu profilaktik işlər proqramına müxtəlif layihələr, o cümlədən vacib bütövlük və texniki xidmət işləri, məşəl sistemində təkmilləşdirmələr, etibarlılığın artırılması təşəbbüsləri və anomaliyaların aradan qaldırılması tədbirləri daxildir.

Proqram həmçinin Mərkəzi Azəri platformasında qazın yenidən laylara vurulma gücünü artırmaq məqsədi daşıyan və mövcud quyulardan neftverməni maksimuma çatdırmağa kömək etmək üçün nəzərdə tutulmuş Mərkəzi Azəri Qaz Genişləndirilməsi (CAGE) layihəsinin icrasına aid bəzi işləri  də əhatə edəcək. Bu işlərə  qazın yenidən laylara vurulması gücünün artırılması və əməliyyat çevikliyinin gücləndirilməsini dəstəkləmək məqsədilə kompressorun giriş xəttindəki kollektor boru sistemində modifikasiyalar, temperatur cihazlarının dəyişdirilməsi və istiqamətləndirici klapanların quraşdırılması daxildir.

Mərkəzi Azəridə aparılacaq profilaktik işlər proqramı normal əməliyyatların bir hissəsidir və planlaşdırılmış şəkildə həyata keçirilir. Bu proqramın planlaşdırılması işlərinə 2025-ci ildən başlanmışdır və proqram üzrə həyata keçirilən işlər 2026-cı ilin illik iş proqramı və büdcəsinə daxil edilmişdir. Hasılatın müvəqqəti azaldılması da bu ilin hasilat planında  nəzərdə tutulmuşdur.

AÇG-nin digər platformalarından, həmçinin Şahdəniz yatağının platformalarından hasilat, və Səngəçal terminalında əməliyyatlar normal davam edəcək.

Profilaktik xidmət, təmir və modifikasiya işlərindən ibarət olan bu planlaşdırılmış proqram obyektlərin uzunmüddətli təhlükəsiz, etibarlı, bütöv şəkildə, ətraf mühitə ziyan vurmadan istismarının vacib bir hissəsidir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

19.08.2026 12:26
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19