970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Toxum bazarında yeni dövr başlayır – Prezident yeni Qanunu təsdiqlədi - GMO toxumlarının satışına qadağa qoyuldu

Toxumçuluqda qaydalar sərtləşdirildi – Bazar elektron nəzarətə keçir. Toxum istehsalçıları üç risk qrupuna bölünəcək.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Toxum bazarında yeni dövr başlayır – Prezident yeni Qanunu təsdiqlədi - GMO toxumlarının satışına qadağa qoyuldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi "Toxumçuluq haqqında" qanunu təsdiqləyib.

Marja xəbər verir ki, Qanun müasir dövrün tələbləri, yeni iqtisadi, nəzarət və dəstək mexanizmlərinin tətbiqi, habelə kənd təsərrüfatı sahəsində aparılan islahatların dərinləşdirilməsi zərurəti nəzərə alınmaqla Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun tabeliyində fəaliyyət göstərən Aqrar Xidmətlər Agentliyinin mütəxəssislərinin təklifləri, eləcə də beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmışdır.

Reklam_3_11

6 fəsil və 27 maddədən ibarət olan yeni qanun toxumçuluq sahəsində müasir idarəetmə mexanizmlərinin tətbiqini, dövlət tənzimlənməsi və nəzarətinin təkmilləşdirilməsini, şəffaflığın artırılmasını, keyfiyyətli toxum istehsalının təşviqini və rəqəmsal idarəetmənin genişləndirilməsini nəzərdə tutur.

Ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında bitkiçilik məhsullarının istehsalı mühüm rol oynayır. Bu baxımdan fermerlərin yüksək reproduksiyalı, keyfiyyətli və sertifikatlaşdırılmış toxumlarla təmin edilməsi məhsuldarlığın artırılması, istehsal xərclərinin azaldılması və kənd təsərrüfatının dayanıqlı inkişafı üçün əsas şərtlərdən biridir. Eyni zamanda yerli toxum istehsalının inkişafı idxaldan asılılığın azalmasına və bu istiqamətə yönələn maliyyə vəsaitlərinin ölkə daxilində qalmasına töhfə verəcək.

Yeni qanunda toxum kateqoriyaları beynəlxalq standartlara uyğunlaşdırılıb, ilk dəfə olaraq ting kateqoriyaları da hüquqi tənzimləməyə daxil edilib. Bununla yanaşı, sahədə istifadə olunan anlayışların dairəsi genişləndirilib, dövlət tənzimlənməsi mexanizmləri təkmilləşdirilib və toxumçuluq fəaliyyəti istehsaldan son istifadə mərhələsinədək vahid hüquqi çərçivədə əhatə olunub.

Layihədə ilk dəfə tətbiq edilən "toxum əməliyyatçısı" anlayışı toxum istehsalı, emalı, tədarükü, saxlanması, daşınması, ticarəti, idxalı və ixracı ilə məşğul olan bütün subyektləri əhatə edir. Bu yanaşma sahədə nəzarət mexanizmlərinin daha səmərəli qurulmasına və mövcud boşluqların aradan qaldırılmasına xidmət edir.

Qanunda genetik modifikasiya olunmuş (GMO) toxumların dövriyyəsinin tənzimlənməsinə də xüsusi yer ayrılıb. Belə ki, GMO toxumlarının ticarət dövriyyəsinə buraxılması qadağan edilir, onların müəyyənləşdirilməsi məqsədilə molekulyar-bioloji ekspertizanın aparılması nəzərdə tutulur. Aşkarlanmış GMO toxumlarının məhv edilməsi ilə bağlı xərclər isə həmin toxumların sahibləri tərəfindən ödəniləcək.

Yeni qanunun mühüm yeniliklərindən biri də toxumçuluq sahəsində elektron reyestrin yaradılmasıdır. Elektron reyestr vasitəsilə fermerlər və digər maraqlı şəxslər sertifikatlaşdırılmış toxumların sort və səpin keyfiyyəti, bioloji və iqtisadi göstəriciləri barədə operativ və etibarlı məlumat əldə edə biləcəklər.

Qanun toxum istehsalçıları üçün peşəkar fəaliyyət meyarlarını da müəyyən edir. Toxumçuluq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər toxumçuluq üzrə mütəxəssisin təhsil sənədini, əkin sahələri, anbar və saxlanc yerləri, kənd təsərrüfatı texnikası və toxum emalı avadanlıqları barədə məlumatları təqdim etməlidirlər. Orijinal və elit toxum istehsalı ilə məşğul olan subyektlər üçün isə seleksiyaçı nəzarətinin təmin edilməsi və aqronomla əmək münasibətlərinin rəsmiləşdirilməsi kimi əlavə tələblər müəyyənləşdirilir.

Qanuna əsasən, toxum əməliyyatçıları risk səviyyəsinə görə yüksək, orta və aşağı olmaqla üç qrupa bölünəcək. Dövlət nəzarəti və yoxlamalar risk əsaslı yanaşma əsasında həyata keçiriləcək ki, bu da resurslardan daha səmərəli istifadə edilməsinə, eyni zamanda sahibkarlıq subyektlərinin əsassız yoxlanılmasının qarşısının alınmasına imkan verəcək.

Yeni qanunla toxumçuluq sahəsində elektron xidmətlərin genişləndirilməsi, rəqəmsal idarəetmənin gücləndirilməsi və orijinal, eləcə də elit toxum istehsalına özəl sektorun daha fəal cəlb olunması da hədəflənir.

Qanunun qəbul edilməsi nəticəsində:

* toxum bazarının inkişafı və idxal-ixrac mexanizmlərinin təkmilləşdirilməsi;

* yerli toxum istehsalının təşviqi və idxaldan asılılığın azaldılması;

* toxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər üçün daha şəffaf qeydiyyat sisteminin formalaşdırılması;

* seleksiya nailiyyətləri üzrə müəllif hüquqlarının və lisenziya münasibətlərinin daha effektiv qorunması;

* ting istehsalı, sertifikatlaşdırılması və digər əlaqəli fəaliyyət istiqamətlərinin hüquqi tənzimlənməsinin təkmilləşdirilməsi;

* toxumçuluq sahəsində dövlət nəzarətinin gücləndirilməsi və keyfiyyət göstəricilərinin yüksəldilməsi;

* sahəni tənzimləyən normativ hüquqi sənədlərin hazırlanması istiqamətində hüquqi bazanın formalaşdırılması gözlənilir.

Yeni qanun toxumçuluq sektorunun beynəlxalq standartlara uyğun inkişafına, fermerlərin keyfiyyətli toxuma çıxış imkanlarının genişlənməsinə, yerli toxum istehsalının rəqabət qabiliyyətinin artırılmasına və ölkənin ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə mühüm töhfə verəcək.

Toxumçuluq haqqında Qanun yeni toxumçuluq qanunu İlham Əliyev toxum bazarı toxum istehsalı yerli toxum istehsalı sertifikatlaşdırılmış toxum keyfiyyətli toxum elit toxum orijinal toxum toxum əməliyyatçısı toxum istehsalçıları toxum sertifikatlaşdırılması toxumların elektron reyestri GMO toxumları GMO toxumlarına qadağa molekulyar-bioloji ekspertiza ting istehsalı tinglərin sertifikatlaşdırılması toxum idxalı toxum ixracı idxaldan asılılığın azaldılması fermerlərin toxum təminatı aqrar sektor kənd təsərrüfatı Aqrar Xidmətlər Agentliyi Kənd Təsərrüfatı Nazirliyi ərzaq təhlükəsizliyi bitkiçilik məhsuldarlığın artırılması toxumçuluqda dövlət nəzarəti risk əsaslı yoxlamalar toxumçuluqda rəqəmsallaşma seleksiyaçı nəzarəti seleksiya nailiyyətləri toxumların keyfiyyəti aqronom tələbi toxum emalı avadanlıqları kənd təsərrüfatı islahatları
19.08.2026 13:25
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19