Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Paytaxtda torpaq bahalaşır: Yüksək tələb qiymətləri artırır - ABB-dən yeni hesabat

ABB-dən dən daşınmaz əmlak bazarı ilə bağlı araşdırma
AzVak-mobil_resmin_ustu_31
Paytaxtda torpaq bahalaşır: Yüksək tələb qiymətləri artırır - ABB-dən yeni hesabat

ABB Bakı şəhərinin daşınmaz əmlak bazarı ilə bağlı yeni araşdırma-hesabatını ictimaiyyətə təqdim edib. Hesabatda 2026-cı ilin birinci yarısında paytaxtın daşınmaz əmlak bazarında özünü göstərən əsas tendensiyalar araşdırılır.

Hesabatdan belə məlum olur ki, cari ilin ilk 2 rübündə Bakının daşınmaz əmlak bazarında qiymət artımı davam etsə də, temp əvvəlki dövrlərlə müqayisədə nisbətən zəifləyib. Bu isə onu göstərir ki, daşınmaz əmlaka tələbin yenə böyük olmasına rəğmən alıcılar qiymət məsələsində və seçimlərdə daha həssas davranmağa başlayıblar.

Reklam_3_11

Torpaq bazarında qiymət artımı daha böyük olub. Torpaq sahələrinə yüksək tələb qiymət artımına təsir göstərib. Xüsusilə inkişaf potensialı yüksək və məhdud təklifə malik ərazilərdə torpağın investisiya və tikinti resursu kimi əhəmiyyəti artıb. Fərdi yaşayış evlərinə tələb və onların qiymətlərində artım tendensiyası da qorunub. Burada mövsümi tələb amili də öz təsirini göstərib.

Qeyri-yaşayış sahələrinin qiymətlərində artım müşahidə olunub. Lakin bu seqmentdə bazar daha dəyişkən dinamika nümayiş etdirib. Obyektin yerləşməsi, funksional təyinatı və gəlir yaratmaq potensialı qiymətlərin formalaşmasında mühüm amil kimi çıxış edib.

Bir diqqətçəkən tendensiya da ondan ibarətdir ki, Bakı şəhərinin mənzil bazarında qiymət artımı tədricən daha geniş coğrafiyaya yayılmaqdadır. Həmçinin alıcılar daha əlçatan ərazilərə yönəlirlər.

Maraqlı tərəflər üçün faydalı olan bu cür araşdırma-hesabatların hazırlanması bir çox xarici bankların geniş istifadə etdiyi təcrübədir. Azərbaycanda bu təcrübəni ilk dəfə məhz ABB tətbiq edib. Bankın mütəmadi olaraq müxtəlif sahələr üzrə yaydığı araşdırma- hesabatlarla buradan tanış ola bilərsiniz.

ABB ABB araşdırması ABB daşınmaz əmlak hesabatı Bakı daşınmaz əmlak bazarı Bakıda mənzil qiymətləri Bakıda ev qiymətləri Bakı əmlak bazarı 2026 2026-cı ilin birinci yarısı daşınmaz əmlak qiymətləri mənzil bazarı mənzil qiymətlərində artım qiymət artımının zəifləməsi Bakıda torpaq qiymətləri torpaq bazarı torpağa tələb torpaq investisiyası fərdi yaşayış evləri həyət evlərinin qiymətləri qeyri-yaşayış sahələri kommersiya obyektləri obyekt qiymətləri daşınmaz əmlaka tələb əmlak investisiyası Bakıda ev almaq alıcı davranışı əlçatan ərazilər Bakının rayonlarında qiymətlər qiymət artımının coğrafiyası tikinti sahələri məhdud torpaq təklifi kommersiya daşınmaz əmlakı Azərbaycan Beynəlxalq Bankı ABB hesabatları Bakı mənzil bazarında bahalaşma əmlak bazarı tendensiyaları
20.08.2026 14:38
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19