970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

İnvestorlar 14% gəlir üçün 1 milyon manatlıq sifariş verdilər

52 investor “FERRUM Capital”a 1 milyon manat borc verdi.
AzVak-mobil_resmin_ustu_31
İnvestorlar 14% gəlir üçün 1 milyon manatlıq sifariş verdilər

“FERRUM Capital” QSC-nin illik 14% gəlirlilik təklif edən istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi başa çatıb.

Marja.az Bakı Fond Birjasına istinadən xəbər verir ki, AZ2024022280 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 20 avqust 2026-cı il tarixində yekunlaşıb.

Hərrac zamanı hər birinin nominal və ilkin ticarət qiyməti 100 manat olan 10 min istiqrazın hamısı investorlar tərəfindən alınıb. Bununla da emissiyanın tam həcmi – 1 milyon manat yerləşdirilib.

İstiqrazlara ümumilikdə 1 milyon manat məbləğində 52 sifariş təqdim olunub. Hərracda iştirak edən investorların sayı da 52 nəfər təşkil edib.

İstiqrazların illik gəlirlilik faizi 14%, tədavül müddəti isə 12 aydır. Faiz ödənişləri ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər üç təqvim ayından bir həyata keçiriləcək.

Qiymətli kağızlar faizli, təmin edilməmiş, sənədsiz və adlı istiqrazlardır. Yerləşdirmə kütləvi və birqiymətli hərrac üsulu ilə aparılıb.

Emissiyanın anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.

Bakı Fond Birjasının Listinq Komitəsi avqustun 11-də istiqrazların ticarətə buraxılmasına icazə verib. İstiqrazlar birjanın Standart Bazar Listinq seqmentinə daxil edilib.

İş elanları AzVak.az-da

FERRUM Capital FERRUM Capital istiqrazları FERRUM Capital BOKT Bakı Fond Birjası BFB istiqraz hərracı istiqraz emissiyası 14 faizli istiqraz illik 14% gəlir 1 milyon manatlıq istiqraz 100 manatlıq istiqraz AZ2024022280 korporativ istiqrazlar qiymətli kağızlar bazarı istiqraz gəlirliliyi istiqrazlara investisiya istiqrazların yerləşdirilməsi 52 investor 52 sifariş 10 min istiqraz rüblük faiz ödənişi 12 aylıq istiqraz Standart Bazar Listinqi kütləvi hərrac birqiymətli hərrac PAŞA Kapital PAŞA Kapital İnvestisiya Şirkəti anderrayter Azərbaycan kapital bazarı BFB istiqraz xəbərləri
20.08.2026 14:58
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19