Azərbaycan 34 ölkə ilə vizasız rejimə keçməyi planlaşdırır
Azərbaycan 34 ölkə ilə vizasız gediş-gəliş rejimi tətbiq etməyi planlaşdırır. Ölkəmizdə “rəqəmsal səyyah” vizası yaradılacaq. Sərhəddə viza verilən ölkələrin sayı artırılacaqAzərbaycan turizm məqsədilə vizasız səfər imkanlarının genişləndirilməsini planlaşdırır.
Marja.az xəbər verir ki, Dövlət Proqramında 2030-cu ilədək ümumvətəndaş pasportları əsasında 34 hədəf ölkənin vətəndaşlarına vizasız gediş-gəliş rejiminin tətbiqi nəzərdə tutulub.
İlkin mərhələdə vizasız rejim tətbiq edilən hədəf turizm ölkələrinin sayının 28-ə çatdırılması, proqramın sonunda isə bu göstəricinin 34 ölkəyədək artırılması planlaşdırılır.
Çoxdəfəlik elektron vizaların verilməsi prosedurları da təkmilləşdiriləcək. “ASAN Viza” sisteminin texniki imkanlarının yenilənməsi və turizm məqsədilə verilən çoxdəfəlik elektron vizaların sayının artırılması qarşıya qoyulan hədəflər sırasındadır.
Elektron viza və sərhəddə viza tətbiq edilən ölkələrin siyahısının genişləndirilməsi də nəzərdə tutulub. Xüsusilə Körfəz ölkələrində daimi yaşamaq icazəsi olan üçüncü ölkə vətəndaşlarına sərhəddə vizanın müşayiət tələbi olmadan verilməsinin davamlı mexanizmə çevrilməsi nəzərdən keçiriləcək.
Proqramın diqqətçəkən yeniliklərindən biri “rəqəmsal səyyah” viza altnövünün yaradılmasıdır. Bunun üçün beynəlxalq təcrübə öyrəniləcək, Miqrasiya Məcəlləsinə dəyişiklik layihəsi hazırlanacaq və yeni viza altnövünün elektron formada tətbiqinə başlanılacaq. Tədbirin 2027–2028-ci illərdə həyata keçirilməsi planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
1 həftə sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
1 həftə sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
-
8 d. əvvəl
Aviabiletlərin ucuzlaşdırılması üçün yeni mexanizm hazırlanacaq
- 10 d. əvvəl
- 13 d. əvvəl
- 14 d. əvvəl
- 15 d. əvvəl
- 30 d. əvvəl
-
35 d. əvvəl
Azərbaycana gələnlərin sayı 3,8 milyona, xərclərinin 6,3 milyard manata çatacağı gözlənilir
-
1 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyası davam edir ®
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
Turizmdə 12 milyard manatlıq hədəf
3 yeni turizm zonası, kəndlərdə yeni infrastruktur
Turizm investorlarına yeni güzəştlər nəzərdə tutulur
Ən çox oxunanlar
Azərbaycana gələnlərin sayı 3,8 milyona, xərclərinin 6,3 milyard manata çatacağı gözlənilir
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyası davam edir ®
Prezident turizmlə bağlı 5 illik Dövlət Proqramını təsdiqlədi
İnvestorlar 14% gəlir üçün 1 milyon manatlıq sifariş verdilər
Bank olmayan kredit təşkilatına yeni direktor təyin edilib
“Güzəştli mənzil” sistemində bir sıra dəyişiklik edilib









.jpg)











