Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Aviabiletlərin ucuzlaşdırılması üçün yeni mexanizm hazırlanacaq

Azərbaycan ən azı 4 yeni beynəlxalq aviaistiqamət açmağı planlaşdırır. Mövcud reyslərin sayı 20% artırılacaq.Aşağıbüdcəli aviaşirkətlər regionlara cəlb ediləcək. Yeni aviareyslərə və çarter uçuşlarına subsidiya veriləcək
iç səhifə xəbər başlığı altı (mobil)_31
Aviabiletlərin ucuzlaşdırılması üçün yeni mexanizm hazırlanacaq

Azərbaycanın turizm əlçatanlığını artırmaq məqsədilə yeni beynəlxalq aviareyslərin açılması və mövcud reyslər üzrə uçuş tezliyinin yüksəldilməsi planlaşdırılır.

Marja.az xəbər verir ki, Dövlət Proqramına əsasən, 2026–2030-cu illərdə hər il ən azı bir yeni hədəf turizm istiqaməti üzrə uçuşlara başlanılması nəzərdə tutulur. Proqramın sonunadək azı 4 yeni hədəf turizm istiqamətinin açılması, mövcud istiqamətlər üzrə uçuş tezliyinin isə 20% artırılması hədəflənir.

Birbaşa hava əlaqəsinin olduğu ən azı 10 hədəf turizm bazarı üzrə aviabilet qiymətlərinin regional rəqib turizm ölkələri ilə müqayisədə rəqabətqabiliyyətli səviyyəyə gətirilməsi planlaşdırılır. Bunun üçün bilet qiymətlərinə mənfi təsir edən faktorlar təhlil ediləcək, nəqliyyat və turizm sektorları üzrə xərc-fayda qiymətləndirmələri aparılacaq.

Regionlarda yerləşən hava limanlarına beynəlxalq uçuşların və aşağıbüdcəli aviaşirkətlərin cəlb edilməsi də Dövlət Proqramının əsas istiqamətlərindəndir. Bu məqsədlə hava limanı yığımları, yerüstü xidmət haqları və reyslərin doluluq səviyyəsi üzrə təşviq və kompensasiya mexanizmlərinin yaradılması nəzərdən keçiriləcək.

Hədəf turizm bazarlarından əlavə müntəzəm reyslərin və çarter uçuşlarının təşkili üçün ayrıca subsidiya mexanizmləri hazırlanacaq.

İş elanları AzVak.az-da

yeni aviareyslər aviabilet qiymətləri aşağıbüdcəli aviaşirkətlər loukoster çarter uçuşları uçuş tezliyi regional hava limanları AZAL AZCON turizm reysləri aviabiletlərin ucuzlaşması
20.08.2026 17:01
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19