970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Hotellər, turagentlər və turoperatorlar üçün yeni minimum tələblər müəyyən ediləcək

Azərbaycanda hotellər üçün yeni tələblər müəyyən ediləcək. Turagent və turoperatorlara nəzarət gücləndirilir. Hotellərdə sanitariya və təhlükəsizlik qaydaları dəyişəcək
AzVak-mobil_resmin_ustu_31
Hotellər, turagentlər və turoperatorlar üçün yeni minimum tələblər müəyyən ediləcək

Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiq edilib.

Marja xəbər verir ki, Azərbaycanda turizm sənayesi subyektlərinin fəaliyyətinin tənzimlənməsi gücləndiriləcək. “Turizm haqqında” Qanuna hotellər, digər yerləşmə vasitələri, turagentlər və turoperatorlar üçün minimum tələbləri və nəzarət mexanizmlərini nəzərdə tutan dəyişikliklər hazırlanacaq.

Turizm Reyestrinin aparılması mexanizmi təkmilləşdiriləcək və turizm subyektləri üzrə vahid təsnifat sistemi formalaşdırılacaq. Bu tədbirlərin sektorda şəffaflığın yüksəldilməsinə və fəaliyyət göstərən müəssisələr barədə daha əhatəli məlumat bazasının yaradılmasına xidmət edəcəyi gözlənilir.

Mehmanxana və digər yerləşmə vasitələri üçün sanitariya və gigiyena qaydaları ayrıca normativ hüquqi aktlarla müəyyən olunacaq. Eyni zamanda, təhlükəsizlik və fövqəladə hallarla bağlı minimum tələblər hazırlanacaq.

Turistlərin hüquqlarının qorunması məqsədilə mübahisələrin alternativ və ya institusional mexanizmlər vasitəsilə həlli sistemi yaradılacaq.

Dağ və macəra turizmi üzrə peşəkar bələdçilik, sertifikatlaşdırma, ilk yardım, marşrutların idarə edilməsi və operativ koordinasiyanı əhatə edən təhlükəsizlik sistemi də formalaşdırılacaq.

İş elanları AzVak.az-da

Turizm haqqında Qanun hotel tələbləri Turizm Reyestri turagentlər turoperatorlar hotel təhlükəsizliyi sanitariya və gigiyena turizm nəzarəti turist hüquqları dağ bələdçiləri macəra turizmi
20.08.2026 17:05
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19