Sağlamlıq turizmi üçün yeni strategiya hazırlanacaq- Naftalan beynəlxalq müalicə mərkəzinə çevriləcək
Azərbaycanda hər il Sağlamlıq Turizmi Konfransı keçiriləcəkAzərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiq edilib.
Marja xəbər verir ki, Azərbaycanda tibbi və sağlamlıq turizminin inkişaf etdirilməsi üçün ayrıca strategiya və fəaliyyət planı hazırlanacaq.
Tibb müəssisələrinin akkreditasiyasını tənzimləyən hüquqi aktların tibbi turizmin tələblərinə uyğunlaşdırılması nəzərdə tutulur. Beynəlxalq standartlar və qabaqcıl təcrübə əsasında qanunvericilik təkmilləşdiriləcək.
Beynəlxalq akkreditasiya potensialına malik tibb müəssisələri müəyyənləşdiriləcək və onlar üçün fərdi inkişaf planları hazırlanacaq. Proqram çərçivəsində tibbi turizm xidməti göstərən ən azı 5 müəssisənin beynəlxalq akkreditasiya prosesinə cəlb edilməsi planlaşdırılır.
Sağlamlıq turizmi üzrə hər il beynəlxalq konfrans keçiriləcək. 2027–2030-cu illəri əhatə edən dövrdə ümumilikdə 4 konfransın təşkili nəzərdə tutulur.
Naftalanın sağlamlıq turizmi imkanlarının genişləndirilməsi, müalicə məhsullarının beynəlxalq səviyyədə tanıdılması və yaşlı turistlər üçün uyğun infrastrukturun yaradılması da bu istiqamətin əsas elementlərindəndir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
2 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb

























