Azərbaycanda ilin 7 ayı turizm üçün “ölü mövsüm”dür
Turizm gəlirlərinin yarısı cəmi 5 ayda əldə edilir. Azərbaycan turizm mövsümünü genişləndirməyə hazırlaşır - Aprel, may və oktyabr turizm mövsümünə çevrilə bilər. Turizmdə mövsümilik problemi iş yerlərinə təsir edirAzərbaycanda ilin 7 ayı turizm üçün qeyri-mövsüm hesab edilir
Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiq edilib.
Marja xəbər verir ki, Azərbaycanda turizm sektorunun əsas problemlərindən biri fəaliyyətin ilin məhdud dövründə cəmləşməsidir. Dövlət Proqramında ilin 7 ayının turizm üçün qeyri-mövsüm, 5 ayının isə mövsüm dövrü olduğu bildirilir.
İyun, iyul, avqust, sentyabr və dekabr turizm mövsümünün əsas ayları kimi təsnif edilib. 2019–2022-ci illərdə yerləşmə xidmətlərindən əldə edilən gəlirlərin 51,2%-i həmin 5 ayın payına düşüb. Gəlirlərin 34,1%-i yalnız iyun, iyul və avqust aylarında formalaşıb.
İctimai iaşə dövriyyəsinin 2024-cü ildə 48,2%-i, 2025-ci ildə isə 47,1%-i mövsüm hesab edilən 5 ay ərzində əldə olunub.
Aprel, may və oktyabrda yerləşmə xidmətlərindən əldə olunan gəlirlərin orta aylıq göstəricidən cəmi 0–10% aşağı olduğu müəyyən edilib. Buna görə həmin ayların təşviq tədbirləri vasitəsilə əlavə turizm mövsümünə çevrilməsi mümkün hesab olunur.
Mövsümiliyin azaldılması üçün yeni turizm məhsullarının yaradılması, hədəf bazarların şaxələndirilməsi, qiymət siyasətinin dəyişdirilməsi, qış, sağlamlıq, qastronomiya və işgüzar turizmin inkişaf etdirilməsi nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
2 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb

























