Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycanda hotel otaqlarının sayı dünya ortalamasından 2,6 dəfə azdır

Turist axını arta bilər, amma hotel tutumu çatışmır. Azərbaycanda hər 100 nəfərə cəmi 0,25 hotel otağı düşür. Hotel çatışmazlığına qarşı subsidiya proqramı hazırlanır. Yeni hotellərin tikintisinə dövlət dəstəyi artırılacaq
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda hotel otaqlarının sayı dünya ortalamasından 2,6 dəfə azdır

Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiq edilib.

Marja xəbər verir ki, Azərbaycanda əhalinin hər 100 nəfərinə düşən hotel otaqlarının sayı dünya üzrə orta göstəricidən 2,6 dəfə aşağıdır.

Reklam_3_11

Dünya İqtisadi Forumunun məlumatlarına əsaslanan Dövlət Proqramında bildirilir ki, 2021-ci ildə Azərbaycanda hər 100 nəfərə cəmi 0,25 hotel otağı düşüb.

Yerləşmə vasitələrinin məhdud tutumu turizm təklifinin genişləndirilməsini və ölkəyə daha böyük turist axınının qəbul edilməsini çətinləşdirən amillərdən biri kimi qiymətləndirilir.

Problemin aradan qaldırılması üçün yeni hotel layihələrinə investisiya təşviqi sənədlərinin verilməsi, kredit faizlərinin subsidiyalaşdırılması və yeni tikilib istifadəyə verilən hər hotel otağına görə dövlət dəstəyinin göstərilməsi planlaşdırılır.

Yeni turizm və rekreasiya zonalarında hotellər, sanatoriyalar, əyləncə obyektləri, konqres mərkəzləri və digər turizm infrastrukturu yaradılacaq.

Təklifin artırılmasının hotel qiymətlərinin optimallaşmasına, xidmət keyfiyyətinin yüksəlməsinə və turizm bazarında rəqabətin güclənməsinə səbəb olacağı gözlənilir.

 İş elanları AzVak.az-da

20.08.2026 23:26
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19