Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Turizm obyektləri 5 xarici dildə “danışacaq”

Turizm obyektləri üçün 5 xarici dildə audiobələdçilər hazırlanacaq. Tarixi abidələrə QR kodlu audiobələdçilər yerləşdiriləcək
AzVak-mobil_resmin_ustu_31
Turizm obyektləri 5 xarici dildə “danışacaq”

Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiq edilib.

Marja xəbər verir ki, Azərbaycanın turizm obyektləri haqqında məlumatların xarici qonaqlara daha əlçatan təqdim edilməsi üçün rəqəmsal audiobələdçilər yaradılacaq.

İlkin mərhələdə audiobələdçi hazırlanacaq tarix, mədəniyyət və təbiət obyektlərinin siyahısı müəyyən ediləcək.

Seçilmiş obyektlər haqqında bələdçi mətnləri hazırlanaraq 5 xarici dilə tərcümə ediləcək. Mətnlər peşəkar audio formata çevriləcək.

Turistlər audiobələdçilərə obyektlərdə yerləşdiriləcək QR kodları skan etməklə və digər rəqəmsal vasitələrlə çıxış əldə edə biləcəklər.

Layihə çərçivəsində Şuşadakı, dövlət qoruqlarındakı, muzeylərdəki, tarixi abidələrdəki və təbiət ərazilərindəki obyektlərin rəqəmsal məlumatlandırma imkanlarının genişləndirilməsi nəzərdə tutulur.

Audiobələdçilər turistlərin fərdi şəkildə səyahət etməsini asanlaşdıracaq, bələdçi xidmətinin əlçatan olmadığı saatlarda da məlumat almağa imkan verəcək.

İş elanları AzVak.az-da

audiobələdçi 5 xarici dil QR kod turizm obyektləri Şuşa turizmi rəqəmsal bələdçi muzeylər tarixi abidələr turist məlumatlandırılması
21.08.2026 08:10
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19