Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Naftalan yaşlı turistlər üçün uyğunlaşdırılacaq

Naftalan üçün xüsusi turizm şurası və5 yeni turizm məhsulu yaradılacaq.
AzVak-mobil_resmin_ustu_31
Naftalan yaşlı turistlər üçün uyğunlaşdırılacaq

Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiq edilib.

Marja xəbər verir ki, Naftalanın sağlamlıq və müalicə turizmi üzrə inkişaf etdirilməsi üçün ayrıca strategiya hazırlanacaq.

2027–2030-cu illəri əhatə edən strategiyanın icrasını əlaqələndirmək məqsədilə Naftalan Regional Turizm Şurasının yaradılması planlaşdırılır. Şura şəhərin turizm inkişafı üzrə Tədbirlər Planının icrasına nəzarət edəcək.

Proqram dövründə Naftalanda ən azı 5 yeni turizm məhsulu və ya təcrübəsi yaradılacaq. Yeni məhsulların müalicə, sağlamlıq, istirahət, mədəniyyət və regional səyahət imkanlarını birləşdirməsi nəzərdə tutulur.

Şəhər infrastrukturu “yaşlılar üçün turizm” prinsiplərinə uyğunlaşdırılacaq. Piyada yolları, nəqliyyat, ictimai məkanlar və turizm obyektlərində yaşlı şəxslərin rahat hərəkəti üçün zəruri imkanların yaradılması planlaşdırılır.

Naftalan neftinin müalicəvi xüsusiyyətlərinin beynəlxalq səviyyədə tanıdılması və elmi araşdırmaların genişləndirilməsi də şəhərin qlobal sağlamlıq turizmi bazarındakı mövqeyini gücləndirməyə yönəlib.

İş elanları AzVak.az-da

Naftalan turizmi yaşlılar üçün turizm Naftalan Regional Turizm Şurası Naftalan nefti müalicə turizmi sağlamlıq turizmi Naftalanda yeni layihələr kurort turizmi
21.08.2026 09:13
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19