Azərbaycanda ov turizmi üçün iki təsərrüfat yenidən qurulacaq
Azərbaycan xarici ov turistlərini cəlb etməyə hazırlaşır. Ovçuluq turizmi üçün nümunəvi model yaradılacaqAzərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiq edilib.
Marja xəbər verir ki, Azərbaycanda ov turizminin inkişaf etdirilməsi məqsədilə ən azı iki ov təsərrüfatının yenidən qurulması nəzərdə tutulur.
2027–2030-cu illərdə beynəlxalq təcrübə əsasında nümunəvi ov təsərrüfatı modeli hazırlanaraq təsdiq ediləcək.
Turizm potensialına malik ov təsərrüfatları seçiləcək, onların infrastrukturu qiymətləndiriləcək və yenidənqurma üçün layihə-smeta sənədləri hazırlanacaq.
Proqramın sonunda ən azı iki təsərrüfatın beynəlxalq standartlara uyğun şəkildə yenidən qurularaq istifadəyə verilməsi planlaşdırılır.
Layihələrin ovçuluq fəaliyyətinin nəzarətli və qanunvericiliyə uyğun təşkilinə, turizm gəlirlərinin artırılmasına və regionlarda yeni xidmətlərin formalaşmasına yönələcəyi gözlənilir.
Ov turizminin inkişafı zamanı biomüxtəlifliyin qorunması, ov limitlərinin müəyyən edilməsi və ekoloji tarazlığın saxlanılması əsas tələblərdən olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
2 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb

























