Startaplara 20 min dollaradək sınaq büdcəsi veriləcək - müraciətlərin qəbuluna başlandı
SOCAR “WIN” Açıq İnnovasiya Proqramı çərçivəsində müraciətlərin qəbuluna başlayır. SOCAR neft-qaz sektoruna yeni texnologiyalar gətirmək üçün startap axtarır. Startapların 12 sentyabra qədər vaxtı var.21 avqust 2026-cı il tarixində SOCAR innovativ ideyaların və qabaqcıl texnologiyaların enerji sektoruna inteqrasiyasını hədəfləyən “WIN” (What is Next) Açıq İnnovasiya Proqramı çərçivəsində müraciətlərin qəbuluna başlayıb.
Layihənin əsas məqsədi neft-qaz əməliyyatlarını təkmilləşdirən və enerji keçidinə töhfə verən texnoloji həlləri SOCAR mütəxəssisləri ilə birgə sınaqdan keçirmək, onların tətbiq imkanlarını qiymətləndirməkdir. Proqram enerji keçidi və aşağı karbonlu texnologiyalar, süni intellekt, məlumat analitikası və rəqəmsallaşma, dayanıqlı iqtisadiyyat, əməliyyat mükəmməlliyi, eləcə də əməyin mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühitin qorunması (HSE) istiqamətlərini əhatə edir.
Müraciətlər 12 sentyabr 2026-cı il tarixinədək dünyanın istənilən nöqtəsindən olan startaplar, texnologiya şirkətləri və innovatorlar üçün açıqdır. Seçim mərhələsini uğurla keçən iştirakçılara SOCAR mütəxəssisləri ilə birbaşa əməkdaşlıq şəraitində layihələrini real əməliyyat mühitində sınaqdan keçirmək üçün 20 000 ABŞ dollarınadək sınaq büdcəsi təqdim ediləcək.
Proqramda iştirak etmək istəyən namizədlər rəsmi müraciət şərtləri və digər detallarla tanış olmaq üçün win.socar.az internet səhifəsinə daxil ola bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
4 d. əvvəl
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
-
28 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
37 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Tramp: İranın təklifi qəbuledilməzdir
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama





























