Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

“Turizm kəndi” statusunun verilməsi üçün meyarlar hazırlanacaq

Seçilmiş 8 kəndə dövlət dəstəyi göstəriləcək. Turizm kəndlərində ailələrin gəlirlərinin artırılması planlaşdırılır
AzVak-mobil_resmin_ustu_31
“Turizm kəndi” statusunun verilməsi üçün meyarlar hazırlanacaq

Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiq edilib.

Marja xəbər verir ki, Azərbaycanda yaşayış məntəqələrinə “Turizm kəndi” statusunun verilməsi və həmin kəndlərin dövlət tərəfindən dəstəklənməsi üçün hüquqi baza yaradılacaq.

Reklam_3_11

2026–2027-ci illərdə “Turizm kəndi” üzrə meyarlar, xüsusi inkişaf prinsipləri və dövlət dəstəyi mexanizmləri hazırlanacaq.

Yeni qaydalar kəndin təbii və mədəni turizm potensialını, yerli memarlıq xüsusiyyətlərini, nəqliyyat əlçatanlığını, yerləşmə və iaşə imkanlarını, sənətkarlıq ənənələrini və yerli icmanın turizm fəaliyyətində iştirakını əhatə edə bilər.

Normativ hüquqi baza təsdiq edildikdən sonra turizm potensialına malik kəndlərin inkişafı vahid konsepsiya əsasında həyata keçiriləcək.

2027–2030-cu illərdə seçilmiş 8 kənddə turizmlə əlaqəli infrastruktur işlərinin görülməsi nəzərdə tutulur. Əsas nəticə göstəricilərindən biri turizm xidməti göstərən ailə təsərrüfatlarının orta illik gəlirlərinin artmasıdır.

Konsepsiya regionlarda yeni iş yerlərinin yaradılmasına, kənddən şəhərə miqrasiyanın azalmasına və yerli məhsulların satış imkanlarının genişlənməsinə də töhfə verə bilər.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Turizm kəndi turizm kəndi statusu 8 turizm kəndi kənd turizmi ailə təsərrüfatları regional turizm kəndlərə dövlət dəstəyi turizm infrastrukturu yerli icmalar
21.08.2026 18:52
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19