Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Turistlərin şikayətləri üçün yeni mübahisə həlli mexanizmi yaradılacaq

Turistlərin hotel və turizm şirkətləri ilə mübahisələri yeni qaydada həll ediləcək. Turistin hüququnu pozan şirkətlərə nəzarət gücləndiriləcək.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Turistlərin şikayətləri üçün yeni mübahisə həlli mexanizmi yaradılacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiq edilib.

Marja xəbər verir ki, Azərbaycanda turizm xidmətlərindən istifadə edən şəxslərin hüquqlarının daha effektiv qorunması üçün yeni mübahisə həlli mexanizminin yaradılması planlaşdırılır.

Reklam_3_11

2027–2030-cu illərdə turizm sektorunda istehlakçı hüquqlarının pozulması hallarının xarakteri təhlil ediləcək. Araşdırmanın nəticələri əsasında müvafiq normativ hüquqi akt layihələri hazırlanacaq.

Yeni mexanizm hotellər, turizm şirkətləri, turagentlər, turoperatorlar və turistlər arasında xidmət keyfiyyəti, ödəniş, rezervasiya, xidmətin ləğvi və müqavilə şərtləri ilə bağlı yaranan mübahisələrin daha operativ həllinə yönələcək.

Müraciətlərin məhkəmədənkənar alternativ və ya xüsusi institusional mexanizmlər vasitəsilə həlli nəzərdə tutulur. Bununla turistlərin şikayətlərinə baxılmasının sürətləndirilməsi və xidmət təminatçılarının məsuliyyətinin artırılması hədəflənir.

Tənzimləmə turizm bazarında istehlakçı etimadının yüksəldilməsinə, haqsız rəqabət hallarının azalmasına və xidmət keyfiyyətinin yaxşılaşdırılmasına xidmət etməlidir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

turist hüquqları turizm şirkətlərindən şikayət hotel şikayətləri turagent turoperator rezervasiya problemi turistlərin müdafiəsi istehlakçı hüquqları mübahisələrin həlli turizm nəzarəti
21.08.2026 18:57
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19