970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“AzInTelecom”un kibertəhlükəsizlik xidməti qlobal səviyyədə tanındı ®

AzVak-mobil_resmin_ustu_31
“AzInTelecom”un kibertəhlükəsizlik xidməti qlobal səviyyədə tanındı ®
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC kibertəhlükəsizlik sahəsində beynəlxalq nüfuza malik "FIRST" (Forum of Incident Response and Security Teams – İnsidentlərə Qarşı Mübarizə və Təhlükəsizlik Forumu) təşkilatına üzv qəbul edilib.

Bununla da “AzInTelecom” FİRST tərəfindən Azərbaycanda nəqliyyat sektoru üzrə sahəvi Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi kimi tanınıb və “Transport CERT” komandası statusunu qazanıb. Üzvlük çərçivəsində komandanın fəaliyyəti “SIM3” modeli üzrə qiymətləndirilib və yerində baxış əsasında beynəlxalq standartlara uyğunluğu təsdiqlənib.

Bu status "AzInTelecom"a xarici mənşəli kiberhücumları beynəlxalq tərəfdaşlarla operativ neytrallaşdırmaq, MISP platforması üzərindən təhdid kəşfiyyatı mübadiləsi aparmaq, həmçinin təşkilatda səsvermə, işçi qruplarında təmsilçilik hüququ qazandırır.

“AzInTelecom”un “FIRST”ə üzv qəbul edilməsi şirkətin kibertəhlükəsizlik sahəsində beynəlxalq standartlara uyğun fəaliyyət göstərdiyini və qlobal kibertəhlükəsizlik ictimaiyyətinin etibarlı tərəfdaşı kimi tanındığını təsdiqləyir. Eyni zamanda şirkətin "Google", "Amazon", "Microsoft", "Apple", "Cisco" və "CrowdStrike" kimi dünya nəhəngləri ilə eyni qlobal müstəvidə təmsil olunmasını təmin edir, nəqliyyat sektorunda kiberdayanıqlılığın gücləndirilməsinə və institusional imkanların inkişafına töhfə verir.

Qeyd edək ki, “AzInTelecom” fəaliyyətini Azərbaycan Respublikasının 2023–2027-ci illər üzrə İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizlik Strategiyasına uyğun olaraq inkişaf etdirir, texnoloji imkanlarını davamlı şəkildə gücləndirir. Şirkət kibertəhlükəsizlik sahəsində potensialını və beynəlxalq tərəfdaşlıqlarını genişləndirməklə ölkənin rəqəmsal təhlükəsizliyinin daha da gücləndirilməsinə töhfə verməyə davam edəcək.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

AzInTelecom AZCON Holding FIRST FIRST təşkilatı Transport CERT Azərbaycan Transport CERT kibertəhlükəsizlik kiberhücum kiberdayanıqlılıq informasiya təhlükəsizliyi Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi CERT CSIRT SIM3 MISP threat intelligence təhdid kəşfiyyatı kiber təhdidlər kiber insidentlər nəqliyyat sektorunda kibertəhlükəsizlik nəqliyyat infrastrukturu rəqəmsal təhlükəsizlik beynəlxalq kibertəhlükəsizlik kiberhücumların qarşısının alınması Azərbaycan kibertəhlükəsizlik strategiyası İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizlik Strategiyası 2023–2027 Google Amazon Microsoft Apple Cisco CrowdStrike beynəlxalq standartlar kibertəhlükəsizlik əməkdaşlığı kiber müdafiə kritik informasiya infrastrukturu AZCON
24.08.2026 12:20
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19