970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Qiymətləndirmədə əsas məsələ rəqəm yox, nəticənin etibarlılığıdır”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Qiymətləndirmədə əsas məsələ rəqəm yox, nəticənin etibarlılığıdır”

“Beynəlxalq Qiymətləndirmə Standartlarının (IVS 2025) Azərbaycanda tətbiqi qiymətləndirməni sadəcə yekun rəqəmin müəyyənləşdirilməsi prosesindən, həmin rəqəmin məlumat, metodologiya, fərziyyə və peşəkar mühakimə ilə sübut edildiyi sistemə daşıyır. Əsas sual artıq “aktivin qiyməti neçədir?” deyil, “bu qiymət nə qədər əsaslandırılmış və yoxlanıla biləndir” olmalıdır”. 

Bu sözləri Marja.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) sədr müavini Ayan Qəmbərova deyib.

Onun sözlərinə görə, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun qəbulundan sonra növbəti mərhələ hüquqi çərçivənin vahid metodoloji standartlarla tamamlanmasıdır: “IVS 2025-in əsas üstünlüyü qiymətləndirməni başlanğıcdan nəticəyədək bütöv proses kimi qurmasıdır. IVS 101 tapşırığın əhatə dairəsinin, IVS 102 dəyər bazasının, IVS 103 yanaşma və metodların, IVS 104 məlumat və girişlərin, IVS 105 qiymətləndirmə modellərinin, IVS 106 isə sənədləşdirmə və hesabatlılığın əsas prinsiplərini müəyyən edir. Bu tələblər qiymətləndiricinin yalnız nəticəyə deyil, nəticəyə aparan bütün qərarlara görə məsuliyyətini artırır.

Azərbaycanda ən kritik məsələlərdən biri məlumat keyfiyyətidir. Modelin mürəkkəbliyi keyfiyyətsiz məlumatı kompensasiya etmir. Qiymətləndirici istifadə etdiyi məlumatın mənbəyini, tarixini, aktuallığını, tamlığını və nəticəyə təsirini əsaslandıra bilməlidir. Daşınmaz əmlak bazarında elan qiyməti ilə faktiki əməliyyat qiymətini eyni keyfiyyətli məlumat hesab etmək doğru deyil. Elan qiyməti bazar gözləntisini göstərir, faktiki əməliyyat isə real razılaşmanı əks etdirir. Buna görə müqayisəli yanaşmada məlumatın mənbəyi və etibarlılıq səviyyəsi ayrıca qiymətləndirilməlidir”.

AQP rəsmisi qeyd edir ki, Azərbaycanın artıq böyük məlumat potensialı var: “2025-ci ildə Azərbaycanda 300 mindən artıq daşınmaz əmlak obyekti üzrə mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb, 250 mindən artıq əmlakın texniki inventarlaşdırılması aparılıb, 60 mindən çox ipoteka müqaviləsi və 7500 yüklülük qeydiyyata alınıb. Lakin bu məlumatların hamısını avtomatik olaraq qiymətləndirmə məlumatı hesab etmək olmaz. Milli məlumat bazasında əməliyyat qiyməti ilə yanaşı obyektin sahəsi, yerləşməsi, təyinatı, fiziki və texniki vəziyyəti, hüquqi statusu, yüklülükləri və əməliyyat tarixi strukturlaşdırılmalıdır.

Beynəlxalq təcrübə bu istiqamətdə mühüm nümunələr təqdim edir. IVS 100-dən çox ölkədə istifadə olunur. Burada da məlumatın keyfiyyəti, müqayisə obyektlərinin seçimi, metodların əsaslandırılması və hesabatın izlənilə bilməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan üçün məqsəd beynəlxalq standartı mexaniki şəkildə köçürmək deyil, onun prinsiplərini yerli qanunvericilik və məlumat mühiti ilə uyğunlaşdırmaqdır”.

AQP sədrinin müavini IVS 105-in tələbləri avtomatlaşdırılmış qiymətləndirmə modelləri və süni intellekt tətbiqləri baxımından əhəmiyyətinə toxunub: “Model 100 min məlumatla işləsə belə, həmin məlumatın keyfiyyəti məlum deyilsə, nəticə avtomatik etibarlı sayıla bilməz. Modelin seçimi, istifadə etdiyi girişlər, məhdudiyyətləri və nəticəyə təsiri qiymətləndirici tərəfindən izah edilməlidir.

Qarşıdakı əsas istiqamətlər IVS 2025 üzrə davamlı peşəkar inkişaf, məlumat keyfiyyəti üzrə vahid metodologiyanın hazırlanması, milli qiymətləndirmə məlumat bazasının formalaşdırılması, müqayisəli məlumatların standartlaşdırılması, qiymətləndirmə modellərinin validasiyası və hesabatlılığın gücləndirilməsidir” - müsahibimiz vurğulayıb.

Əlavə edib ki, Azərbaycan Qiymətləndiricilər Palatasının məqsədi IVS 2025-i hesabatın üzərində formal qeyd olunan standart səviyyəsində saxlamaq deyil: “Əsas hədəf şəffaf məlumat, əsaslandırılmış metodologiya və məsuliyyətli peşəkar mühakimə üzərində qurulan qiymətləndirmə sistemi yaratmaqdır. O zaman qiymətləndirmə rəqəm təqdim edən xidmət deyil, bankların, investorların, dövlət qurumlarının, məhkəmələrin və sahibkarların qərarlarını dəstəkləyən etibarlı informasiya infrastrukturu olacaq” - deyə, Ayan Qəmbərova fikrini yekunlaşdırıb.

İş elanları AzVak.az-da

25.08.2026 14:25
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19