Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

S&P: Azərbaycan Biznesinin İnkişafı Fondunun kapital və mənfəəti “çox güclü”dür

S&P Azərbaycan Biznesinin İnkişafı Fondunun reytinqini açıqlayıb – kapital göstəriciləri “çox güclü” qiymətləndirilib.
iç səhifə xəbər başlığı altı (mobil)_31
S&P: Azərbaycan Biznesinin İnkişafı Fondunun kapital və mənfəəti “çox güclü”dür
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"S&P Global Ratings" Azərbaycan Biznesinin İnkişafı Fondunun (Azerbaijan Business Development Fund) kredit göstəriciləri üzrə illik qiymətləndirməsini həyata keçirib.

Marja xəbər verir ki, Fondun xarici və yerli valyutada emitent kredit reytinqi “BB/Stable/B” səviyyəsində göstərilib. Bu, uzunmüddətli kredit reytinqinin “BB”, qısamüddətli reytinqin isə “B” səviyyəsində olması deməkdir. Reytinq üzrə proqnoz “Stabil”dir.

Reklam_3_11

S&P xüsusi olaraq vurğulayıb ki, dərc olunan illik icmal ayrıca reytinq qərarı və ya reytinq əməliyyatı hesab edilmir. Agentlik mövcud kredit reytinqini Fondun son maliyyə göstəriciləri və bazardakı dəyişikliklər əsasında yenidən nəzərdən keçirib.

Fondun müstəqil kredit profili “bb”dir

S&P-nin qiymətləndirməsinə əsasən, Azərbaycan Biznesinin İnkişafı Fondunun müstəqil kredit profili – SACP “bb” səviyyəsindədir. Reytinq hesablamasında baza göstəricisi – “anchor” isə “b” səviyyəsində müəyyən edilib. Fondun biznes mövqeyi “Adequate” (kafi) – qənaətbəxş səviyyədə qiymətləndirilib və bu amilin yekun kredit göstəricisinə əlavə müsbət və ya mənfi təsiri olmayıb.

Risk mövqeyi də “Kafi” səviyyəsində qiymətləndirilib.

Maliyyələşmə və likvidlik göstəricilərinin hər ikisi “Kafi” hesab olunub və bu komponent də yekun reytinqə əlavə korrektə yaratmayıb.

Əsas üstünlük kapital və mənfəət göstəriciləridir

S&P qiymətləndirməsində Azərbaycan Biznesinin İnkişafı Fondunun ən güclü komponenti kapital və mənfəət göstəriciləri olub. Agentlik “Capital and Earning” komponentini “Very Strong” – “Çox güclü” səviyyəsində qiymətləndirib. Bu amil Fondun müstəqil kredit profilinə müsbət təsir göstərərək reytinq hesablamasında 2 pilləlik artım yaradıb.

Beləliklə, Fondun baza kredit göstəricisi “b” olsa da, xüsusilə güclü kapital və mənfəət göstəriciləri onun müstəqil kredit profilinin “bb” səviyyəsinə yüksəlməsinə əsas dəstək verən amillərdən biri olub.

İş elanları AzVak.az-da

26.08.2026 11:31
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19