Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Təhsil Tələbə Krediti Müqaviləsi “SİMA İmza” ilə tam rəqəmsal! ®

iç səhifə xəbər başlığı altı (mobil)_31
Təhsil Tələbə Krediti Müqaviləsi “SİMA İmza” ilə tam rəqəmsal! ®
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

SİMA rəqəmsal imza ilə Təhsil Tələbə Krediti Fondunun (TTKF) kredit müqavilələrinin rəsmiləşdirilməsi prosesi təkmilləşdirilib.

İndi tələbələr kredit müqavilələrini “SİMA İmza”nın üztanıma texnologiyası ilə bir neçə dəqiqə ərzində tam təhlükəsiz və onlayn şəkildə rəsmiləşdirə bilirlər. Belə ki, kreditin ayrılması üçün tələbə əvvəlcə e-ttkf.edu.az saytında qeydiyyatdan keçir. Qeydiyyat zamanı daxil edilmiş mobil nömrəyə müvəkkil bank tərəfindən kredit müqaviləsinin imzalanması üçün link göndərilir. Tələbə həmin linkə daxil olduqdan sonra sistem istifadəçini “SİMA İmza” tətbiqinə yönləndirir. Tətbiqin biometrik texnologiyası ilə şəxsiyyət identifikasiya olunur, proses uğurlu olduğu təqdirdə tələbə müqaviləni imzalayır. Bununla da müraciət edən şəxslər təhsil krediti müqavilələrini sürətli və təhlükəsiz şəkildə rəsmiləşdirmiş olur.

“SİMA İmza”nın Təhsil Tələbə Krediti Fondunun prosesərində tətbiq olunmasının məqsədi vaxta və digər resurslara qənaət etməklə vətəndaş məmnunluğunun təmin edilməsidir.

Məlumat üçün bildirək ki, bu ildən etibarən TTKF tərəfindən ayrılan tələbə kreditləri üzrə müqavilələrin onlayn formada imzalanması yalnız “SİMA İmza” ilə həyata keçirilir.

“SİMA İmza” haqqında

SİMA yeni nəsil rəqəmsal imza AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC tərəfindən yaradılıb. “SİMA İmza” istifadəçilərə müxtəlif dövlət və özəl xidmətlərdən təhlükəsiz və sürətli şəkildə yararlanmağa imkan verən rəqəmsal imza həllidir. Rəqəmsal imzanı xidmət məntəqəsinə getmədən ödənişsiz şəkildə mobil tətbiq vasitəsilə əldə etmək mümkündür.

SİMA İmza Təhsil Tələbə Krediti TTKF Təhsil Tələbə Krediti Fondu tələbə krediti təhsil krediti tələbə krediti müqaviləsi TTKF kredit müqaviləsi rəqəmsal imza onlayn kredit müqaviləsi biometrik identifikasiya üztanıma texnologiyası SİMA biometrik imza e-ttkf.edu.az AzInTelecom AZCON Holding onlayn imza rəqəmsal kredit tələbələr üçün kredit kredit müqaviləsinin imzalanması TTKF 2026 tələbə kreditinin rəsmiləşdirilməsi mobil imza elektron imza rəqəmsal bankçılıq onlayn təhsil krediti
27.08.2026 14:38
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Nigar Fərhad saxlanılıb
Nigar Fərhad saxlanılıb
27.08.2026 09:47
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19