Azərbaycanda 2-ci “Bambi Yatak” mağazası açılıb ®
26 avqust 2026-cı il tarixində Bakı şəhəri, Babək prospekti 33a ünvanında fəaliyyətə başlayan yeni mağazanın açılış mərasimində media və dəvətli qonaqlar iştirak ediblər.
Tədbir çərçivəsində qonaqlara “Bambi Yatak” brendinin məhsul portfeli, yuxu keyfiyyətinə yanaşması və yeni filialın konsepsiyası təqdim olunub.
Yeni mağazada müştərilərə müxtəlif ehtiyac və zövqlərə uyğun geniş məhsul çeşidi təqdim edilir. Çeşidə matraslar, yataqlar, bazalar, başlıqlar, yastıqlar, yataq dəstləri və ev tekstili məhsulları daxildir.
“Bambi Yatak” məhsullarında komfort və funksionallıqla yanaşı, müasir yuxu texnologiyalarına da xüsusi diqqət yetirilir. Matras modellərində Pocket yay sistemləri, müxtəlif komfort səviyyələri təqdim edən süngər qatları, həmçinin temperatur və nəm balansının qorunmasına yönəlmiş material və texnologiyalardan istifadə olunur.
Mağazanın əsas üstünlüklərindən biri də müştərilərə məhsulları fərdiləşdirmək imkanı təqdim etməsidir. Belə ki, müəyyən yataq modellərində baza və başlıqlar üçün müxtəlif rəng və parça alternativləri arasından seçim etmək mümkündür.
“Bambi Yatak”ın Babək prospektində yerləşən yeni filialı ilə şirkətin Azərbaycanda fəaliyyət coğrafiyasının genişləndirilməsi və yuxu məhsullarının daha böyük müştəri auditoriyasına əlçatanlığının artırılması hədəflənir.
İnstagram: @bambi_yatak_azerbaycan
Yeni mağazada müştərilər məhsulları yaxından tanımaq, müxtəlif modelləri müqayisə etmək və yataq otağı üçün öz ehtiyaclarına uyğun seçim etmək imkanı əldə edə bilərlər.
“Bambi Yatak” yuxu keyfiyyətini artırmağa yönəlmiş məhsul və texnologiyaları ilə Azərbaycan bazarında fəaliyyətini davam etdirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
2 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























