Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Prime Cotton Şirvanda dəmir yolu infrastrukturunu yenilədi – ixrac və logistika imkanları genişləndirildi

Prime Cotton pambıq yağı və jmıxı ixracını artırmağa hazırlaşır. Şirkətin Şirvan Yağ-Piy Zavodunda böyük modernləşmə - daha çox vaqon qəbul edə biləcək.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Prime Cotton Şirvanda dəmir yolu infrastrukturunu yenilədi – ixrac və logistika imkanları genişləndirildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Prime Cotton istehsal, logistika və ixrac infrastrukturunun davamlı inkişafı istiqamətində növbəti mühüm layihəni həyata keçirib. Şirkətin Şirvan Yağ-Piy Zavodunun ərazisində yerləşən dalan dəmir yolu xəttində genişmiqyaslı təmir-bərpa, yenilənmə və genişləndirmə işləri aparılıb.

Layihə ölkədə pambıqçılıq sahəsində dərin emalın inkişaf etdirilməsi, sənaye potensialının artırılması və xammal deyil, daha yüksək əlavə dəyər yaradan məhsulların ixracının genişləndirilməsi istiqamətində müəyyən edilmiş prioritetlərə uyğun olaraq həyata keçirilib.

Son üç il ərzində Prime Cotton-un Şirvan Yağ-Piy Zavodunda xam pambıq çiyidinin emal həcmi təxminən 3 dəfə artırılıb. Bunun nəticəsində pambıq yağı və pambıq jmıxı istehsalında da əhəmiyyətli artım əldə olunub. Şirkət növbəti mərhələdə bu məhsullar üzrə ixrac imkanlarının daha da genişləndirilməsini hədəfləyir.

Ölkədə logistika infrastrukturunun inkişafı, Ələt limanının imkanlarının genişləndirilməsi, dəmir yolu ilə yükdaşımaların təkmilləşdirilməsi, eləcə də ixrac daşımalarının dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlər Prime Cotton-un ixracyönümlü inkişaf planları üçün əlavə imkanlar yaradır.

Bu çərçivədə Şirvan Yağ-Piy Zavodundakı dalan dəmir yolu xəttinin 300 paqon metrlik hissəsində köhnə R-43 tipli relslər R-65 tipli relslər və yeni daş şpallarla əvəz edilib. Təmir-bərpa işləri zamanı yararsız şpallar, rels birləşmələri, bərkidici elementlər və digər zəruri hissələr də yenilənib.

Eyni zamanda, müəssisənin artan istehsal və logistika ehtiyacları nəzərə alınaraq mövcud 1 350 paqon metrlik dəmir yolu xətti əlavə 50 paqon metr artırılaraq 1 400 paqon metrə çatdırılıb.

Prime Cotton MMC-nin Baş İcraçı direktoru Tural Əlizadə bildirib ki, layihə yalnız texniki yenilənmə deyil, eyni zamanda şirkətin dərin emal və ixrac strategiyasının tərkib hissəsidir:

“Şirvan Yağ-Piy Zavodunda son illərdə istehsal güclərinin artması logistika imkanlarının da paralel şəkildə inkişaf etdirilməsini tələb edir. Dəmir yolu xəttinin yenilənməsi və genişləndirilməsi daha çox vaqonun eyni vaxtda qəbuluna, məhsulların daha çevik daşınmasına və xarici müştərilərə daha sürətli çatdırılmasına imkan yaradacaq. Bu, həm məhsulların anbarda qalma müddətini azaldacaq, həm keyfiyyətin qorunmasına, həm də ixrac bazarlarında rəqabətqabiliyyətliliyimizin yüksəlməsinə xidmət edəcək.”

Görülən işlər nəticəsində dəmir yolu xəttinin texniki vəziyyəti və istismar etibarlılığı əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb, yükləmə-boşaltma əməliyyatlarının daha təhlükəsiz və səmərəli təşkili üçün şərait yaradılıb. Xəttin genişləndirilməsi eyni zamanda müəssisə ərazisində daha çox vaqonun saxlanmasına və daşınma imkanlarının artırılmasına şərait yaradır.

Prime Cotton istehsal güclərinin artırılması ilə yanaşı, pambıqdan daha yüksək əlavə dəyər yaradan məhsulların istehsalı və ixracını dəstəkləyən müasir, təhlükəsiz və dayanıqlı logistika infrastrukturunun inkişafını davam etdirir.

Qeyd edək ki, “Prime Cotton” MMC 30 ildən artıq təcrübəyə malik, pambıqçılıq sahəsində Azərbaycanın aparıcı şirkətlərindən biridir. “GP Cotton Holdings”in tərkibinə daxil olan Prime Cotton pambıq istehsalı ilə yanaşı, mahlıc, iplik, pambıq yağı və pambıq jmıxı istehsalı ilə də məşğuldur. Şirkət müasir texnologiyalar, davamlı istehsal zənciri və keyfiyyətə əsaslanan yanaşması ilə yerli və beynəlxalq bazarlarda rəqabətədavamlı məhsullar təqdim edir.

Şirvan Yağ-Piy Zavodunun açılışından hazırlanmış video:

Prime Cotton Prime Cotton MMC Şirvan Yağ-Piy Zavodu Prime Cotton Şirvan pambıq emalı pambıq yağı istehsalı pambıq jmıxı pambıq yağı ixracı pambıq jmıxı ixracı pambıqçılıq Azərbaycan pambıqçılığı pambıq sənayesi dərin emal ixrac qeyri-neft ixracı dəmir yolu infrastrukturu logistika infrastrukturu yükdaşımalar dəmir yolu yükdaşımaları R-65 relsləri Şirvan zavodu aqrar sənaye GP Cotton Holdings Tural Əlizadə pambıq ixracı əlavə dəyərli məhsullar Azərbaycan sənayesi aqrar sektor istehsal gücü ixrac infrastrukturu
31.08.2026 14:49
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19