İspaniya şirkəti Azərbaycandakı 407 milyon dollarlıq nəhəng layihəyə qoşuldu
Azərbaycanın su probleminə 407 milyon dollarlıq həll - Xəzərin suyu içməli suya çevriləcək. İspaniya şirkəti layihəni hazırlayacaq.İspaniyanın “Savener” mühəndislik şirkəti Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması üzrə zavodun tikintisində mühəndis-layihələndirmə işlərini yerinə yetirmək üçün seçilib. İspaniya mətbuatının yaydığı məlumata görə, şirkət Sumqayıtda əks-osmos üsulu ilə dəniz suyunun duzsuzlaşdırılması üzrə yeni qurğunun layihələndirilməsinə dair müqaviləni qazanıb.
“Savener” şirkətini baş podratçı kimi çıxış edən HDEC (“PowerChina” qrupuna daxil olan “Huadong Engineering Corporation”) korporasiyası cəlb edib, layihənin developeri isə Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətidir. İspan şirkəti artıq tam şəkildə layihə üzərində işə qoşulub.
Layihə Sumqayıt Kimya Sənaye Parkının ərazisində sutkada 300 min kubmetr gücündə dəniz suyunun duzsuzlaşdırılması zavodunun tikintisini nəzərdə tutur. İcranı Səudiyyə Ərəbistanının “ACWA Power” və Türkiyənin “IC İçtaş İnşaat” şirkətinin daxil olduğu konsorsium həyata keçirir.
Qeyd edək ki, su sektorunda zəngin təcrübəyə malik olan “Savener” şirkəti əvvəllər Qubra III və Barka V (Oman), Şuvayxat və Tavila (BƏƏ), Əl-Xafci və Şüeybə III (Səudiyyə Ərəbistanı), Salala (Oman) və Mərakeşdəki obyektlər də daxil olmaqla, dünyanın bir sıra ən böyük duzsuzlaşdırma zavodlarının yaradılmasında iştirak edib.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məlumatına əsasən, bu ərazi 29,63 hektar sahəni və sahil zolağını əhatə edir. İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin balansında olan bu ərazidə tikiləcək duzsuzlaşdırma zavodunun illik istehsal gücü 100 milyon kubmetr təşkil edir ki, bu da Abşeron yarımadasının hazırkı su tələbatının 20 faizi deməkdir. Ümumilikdə isə, bu irimiqyaslı infrastruktur obyekti vasitəsilə, təxminən, 3 milyon insanın içməli su ilə təminatı həyata keçiriləcək.
Qurumdan o da bildirilib ki, 2026-2028-ci illərdə Sumqayıt Duzsuzlaşdırma Zavodundan Ceyranbatan su anbarına qədər magistral kəmərin tikintisi nəzərdə tutulub. Dəyəri 407 milyon ABŞ dollar olan layihənin müddəti 27,5 il təşkil edir. Bunun da 2,5 ilini tikinti, 25 ilini isə istismar dövrü əhatə edəcək. Bu müddət başa çatdıqdan sonra obyektin idarə edilməsi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə veriləcək.
© "Xalq Qəzeti"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
2 gün sonra
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
-
11 saat sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
ABŞ maliyyə naziri: Hörmüz boğazı iki il ərzində neft üçün əhəmiyyətini itirəcək
-
4 saat əvvəl
Rusiyada nağd valyuta çıxarılmasına məhdudiyyətlər daha 6 ay uzadıldı
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mark Zukerberq İrlandiyada tarixi qala aldı – dəyəri 35 milyon dollara çatır
- 7 saat əvvəl
-
7 saat əvvəl
200 milyon manatlıq dövlət istiqrazına 499 milyon manatlıq tələb oldu
-
8 saat əvvəl
Avrozonada inflyasiya təxminən 3 ilin ən yüksək səviyyəsinə çatdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Dünya Bankına Azərbaycan üzrə yeni müşavir təyinatı olub
Putin və Pezeşkian danışıqlar aparıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avrozonada inflyasiya təxminən 3 ilin ən yüksək səviyyəsinə çatdı




























