1 milyon manatına yaxın pulunu mənimsəməkdə ittiham olunan şirkət rəhbəri tutuldu
Azərbaycanda axtarışda olan turizm şirkəti rəhbəri Polşada saxlanıldıAzərbaycanın ən böyük turizm şirkətlərindən biri olan “Flyblast”ın rəhbəri Rövşən Abdullayev Polşada həbs edilib.
Məlumata görə, şirkət rəhbərinin həbsinə səbəb Azərbaycan Respublikası tərəfindən axtarışa verilməsidir.
R.Abdullayev şirkətə müraciət edən müştərilərin 1 milyon manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur.
100-ə yaxın əməkdaşı olan “Flyblast Agency Travel” aviabilet satışı, turpaketlər, xarici və daxili turlar, viza dəstəyi, transfer və müxtəlif turizm xidmətləri ilə məşğul olub. Lakin bu xidmətlər göstərilən zaman bir neçə vətəndaş aldadılıb.
Vətəndaşların şikayəti əsasında Xətai Rayon Prokurorluğu tərəfindən R.Abdullayevə qarşı Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda dələduzluq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ) maddələri ilə cinayət işi başlanılıb, ölkədə olmadığı üçün barəsində qiyabi həbs qətimkan tədbiri seçilib. Şirkət isə fəaliyyətini dayandırıb.
Ən son məlumata görə, R.Abdullayev artıq Polşada həbs edilib. Hazırda ekstradisiya edilməsi üçün işlər aparılır. Gələcəkdə təqsiri sübuta yetirilsə, zərərçəkmişlərə dəymiş ziyan ödənilmədiyi halda onu 14 ilə kimi həbs gözləyir.
Qeyd edək ki, bundan əvvəl daha bir məşhur şirkət “AİD Group”da qanun pozuntuları üzə çıxıb. Faktla bağlı şirkətin rəhbərləri Nigar Fərhhad və əri Samir Yəhyazadə istintaqa cəlb edilib.
© “Qafqazinfo”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
3 gün sonra
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
-
19 saat sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
-
10 d. əvvəl
SOCAR Çin nəhəngi ilə birgə neft və qaz layihələri həyata keçirəcək - ANLAŞMA
-
54 d. əvvəl
SOCAR ABŞ-ın qaz bazarında böyük addım atır – 1,65 milyard dollarlıq razılaşma
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bu şirkətin illik gəliri 57 milyon manatı keçıb – Mənfəəti 25% yüksəlib
-
2 saat əvvəl
Daha bir şirkət 15%-lik istiqraz buraxır – 2 milyon manat cəlb etmək istəyir
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
BOKT 13%-lə bazardan 3 milyon manat borc aldı
“Kəpəz BOKT” 15%-lə 1 milyon manat borc cəlb etdi
Ən çox oxunanlar
"Swiss Life" 600 əməkdaşını ixtisar edəcək
Azərbaycanda balıq ovu mövsümü açıq elan edilib
Hörmüz boğazında 2 nəhəng neft tankeri vurulub
Sentyabrın 2-də gözlənilən hava şəraiti
XalqKartda 5% keşbeklə “Məktəbə qayıdış” ®
Prezident Hindistanın Baş naziri ilə söhbət etdi - Fotolar























