BOKT 13%-lə bazardan 3 milyon manat borc aldı
BOKT “EMBAFİNANS” QSC-nin 3 milyon manat həcmində istiqrazlarının Bakı Fond Birjasında (BFB) yerləşdirilməsi yekunlaşıb.
Marja.az Bakı Fond Birjasının məlumatına istinadən xəbər verir ki, AZ2017020606 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 1 sentyabr 2026-cı il tarixində keçirilib.
Hərrac çərçivəsində hər birinin nominal dəyəri 100 manat olan 30 min ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqraz yerləşdirilib. Buraxılışın ümumi həcmi 3 milyon manat təşkil edib.
İstiqrazların illik gəlirlilik faizi 13% olub. Hərrac qiyməti nominala bərabər – 100 manat müəyyən edilib.
İnvestorlar istiqrazlara ümumilikdə 3 milyon manat həcmində 51 sifariş təqdim ediblər. Hərracda 51 investor iştirak edib və emissiyanın bütün 3 milyon manatlıq hissəsi yerləşdirilib.
Beləliklə, istiqrazlara tələb təklif olunan emissiya həcminin 100%-nə bərabər olub. Başqa sözlə, emissiya tam yerləşdirilsə də, əlavə tələb – oversubscription qeydə alınmayıb.
İstiqrazların tədavül müddəti 12 aydır. Faiz ödənişləri ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 təqvim ayından bir həyata keçiriləcək.
Emissiyanın anderrayteri “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.
Qeyd edək ki, Bakı Fond Birjasının Listinq Komitəsi 20 avqust 2026-cı il tarixində “Embafinans”ın istiqrazlarının ticarətə buraxılmasına icazə verib. İstiqrazlar BFB-nin Standart Bazar seqmentində listinqə alınıb.
“Embafinans” 1 ilə 390 min manat faiz ödəyəcək
3 milyon manatlıq emissiyanın 13%-lik illik gəlirliliyi nəzərə alınarsa, istiqrazların bütün müddət ərzində dövriyyədə qalması halında “Embafinans”ın investorlarına ümumilikdə 390 min manat faiz ödəməsi nəzərdə tutulur.
Faizlərin rüblük ödənilməsi səbəbindən hər 3 aydan bir ümumi kupon ödənişi təxminən 97 min 500 manat təşkil edəcək.
Bir istiqrazın nominal dəyəri 100 manat olduğundan investor hər 3 aylıq dövr üçün təxminən 3,25 manat, 12 ay ərzində isə ümumilikdə 13 manat faiz gəliri əldə edə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























