970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Milli Depozit Mərkəzi Avropa Mərkəzi Depozitarlar Assosiasiyasına üzv qəbul olunub

AzVak-mobil_resmin_ustu_31
Milli Depozit Mərkəzi Avropa Mərkəzi Depozitarlar Assosiasiyasına üzv qəbul olunub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM) İsveç Krallığının Stokholm şəhərində keçirilən “PostTrade 360° 2026” tədbiri çərçivəsində Avropa Mərkəzi Depozitarlar Assosiasiyasına (AMDA) üzv qəbul olunub.

MDM-in Assosiasiyaya üzvlüyü ilə bağlı qərar AMDA-nın Direktorlar Şurasının Stokholm şəhərində keçirilən iclasında qəbul edilib. İclasda Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədri Elçin Əlizadə və İdarə Heyəti sədrinin müşaviri Müşfiq Əhmədli iştirak ediblər.

Reklam_3_11

İclas çərçivəsində AMDA-nın Direktorlar Şurasına Milli Depozit Mərkəzinin Azərbaycanın kapital bazarındakı rolu, institusional və texnoloji inkişaf istiqamətləri, həyata keçirilən islahatlar, eləcə də beynəlxalq əməkdaşlıq imkanları barədə təqdimat həyata keçirilib.

Avropa Mərkəzi Depozitarlar Assosiasiyası Avropanın post-ticarət (post-trade) və mərkəzi depozitar ekosisteminin aparıcı peşəkar platformalarından biridir. Assosiasiya 40 milli və beynəlxalq mərkəzi depozitarı birləşdirir. Onun üzvləri sırasında “Euroclear”, “Clearstream”, “SIX SIS”, “Nasdaq CSD” və “Euronext Securities” kimi aparıcı maliyyə bazarı infrastrukturları yer alır.

Milli Depozit Mərkəzinin AMDA-ya üzvlüyü Azərbaycanın kapital bazarı infrastrukturunun Avropa maliyyə bazarlarına inteqrasiyasının genişləndirilməsi, qabaqcıl beynəlxalq təcrübə və standartların tətbiqinin təşviqi, eləcə də aparıcı mərkəzi depozitarlarla institusional əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

İş elanları AzVak.az-da

01.09.2026 16:46
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19