970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Nyu-Yorkun mərkəzində iri bankın vitse-prezidenti öldürülüb

Bank of America-nın vitse-prezidenti "Times Square" yaxınlığında bıçaqlanaraq öldürülüb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Nyu-Yorkun mərkəzində iri bankın vitse-prezidenti öldürülüb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Nyu-Yorkun "Times Square" meydanı yaxınlığında ötən gün baş verən bıçaqlı hücum nəticəsində "Bank of America Corp"un vitse-prezidenti Erin Piacenti öldürülüb.

Marja xəbər verir ki, Bloomberg bu barədə Nyu-York polisinə istinadən məlumat yayıb.

LinkedIn profilindəki məlumata əsasən, Piacenti bankda maraqlar toqquşmasının tənzimlənməsinə cavabdeh olub.

Hücum nəticəsində daha bir nəfər yaralanıb, hücumu törədən qadın isə sonradan ölüb. Nyu-York Polis Departamentinin məlumatına görə, Piacenti aldığı bıçaq yaralarından xəstəxanada dünyasını dəyişib.

Polis komissarı Jessica Tisch bildirib ki, iki bıçaqla silahlanmış 49 yaşlı Pamela Cisneros Qərbi 41-ci küçə ilə Yeddinci prospektin kəsişməsində Rhode Island ştatından olan 68 yaşlı turistə yaxınlaşıb və o, həyat yoldaşı ilə yolu keçmək üçün gözlədiyi vaxt kişinin qarın nahiyəsinə bıçaq zərbəsi endirib. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin stabil olduğu bildirilir.

Daha sonra Cisneros Yeddinci prospektlə şimala doğru hərəkətini davam etdirib və ilk hücumdan təxminən 20 saniyə sonra, 42-ci küçə yaxınlığında Piacenti-nin qarın nahiyəsinə bıçaqla zərbə vurub.

Polis əməkdaşları hücumçunun qarşısını 42-ci və 43-cü küçələr arasında kəsib və təxminən dörd dəqiqə ərzində onu silahı yerə qoymağa razı salmağa çalışıblar.

Polis komissarının sözlərinə görə, qadın əməkdaşlara “Heç nəyi yerə qoymayacağam. İkinizi də öldürməyi üstün tutaram” deyib.

Tisch bildirib ki, Cisneros polis əməkdaşlarına doğru hərəkət etdikdə ona qarşı elektroşok cihazlarından istifadə olunub, lakin bu, onu dayandırmayıb. Bundan sonra iki polis əməkdaşı atəş açaraq hücumçunu yaralayıb. Qadın xəstəxanaya çatdırılıb və orada həyatını itirib.

Nyu-York polisinin arxivlərində Cisnerosla bağlı 2018 və 2019-cu illərdə psixi pozuntu ilə əlaqəli iki hadisənin qeydə alındığı bildirilir.

Polis komissarı qeyd edib ki, istintaqın hazırkı mərhələsində hücumun terror aktı olduğunu düşünməyə əsas yoxdur.

İş elanları AzVak.az-da

01.09.2026 20:18
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19