Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Sosial mediadan pul qazananlarla bağlı mühüm yenilik - Bloger və influenserlərin gəlirləri ayrıca uçota alınacaq

“Rəqəmsal platforma təsirçisi” adlı uçot təsnifatı yaradılıb
iç səhifə xəbər başlığı altı (mobil)_31
Sosial mediadan pul qazananlarla bağlı mühüm yenilik - Bloger və influenserlərin gəlirləri ayrıca uçota alınacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən rəqəmsal iqtisadiyyatın inkişafı və sosial media platformaları üzərindən gəlir əldə edən şəxslərin (blogerlərin və infulenserlərin) fəaliyyətinin hüquqi çərçivədə tanınması, eləcə də uçotun şəffaflaşdırılması istiqamətində rəqəmsal vergi inzibatçılığının təkmilləşdirilməsi davam etdirilir.

Marja.az Xidmətə istinadən xəbər verir ki, on illərdə sosial şəbəkələr və digər rəqəmsal platformalar üzərindən reklam, marketinq, məhsul və xidmətlərin təşviqi, məzmun istehsalı, canlı yayımlar, eləcə də müxtəlif əməkdaşlıq layihələri vasitəsilə gəlir əldə edən şəxslərin sayı əhəmiyyətli dərəcədə artıb. Bununla yanaşı, iqtisadi fəaliyyət növlərinin mövcud təsnifatında bu sahənin ayrıca əks olunmaması həmin şəxslərin fəaliyyətinin uçota alınmasını və statistik qiymətləndirilməsini çətinləşdirirdi.

Bu ehtiyacı nəzərə alaraq, uçot məlumat bazasında fəaliyyət növləri üzrə təsnifata “Rəqəmsal platforma təsirçisi” (kod 6312003) adlı yeni fəaliyyət növü əlavə edilib. Dəyişiklik sosial media və digər rəqəmsal platformalar vasitəsilə gəlir əldə edən şəxslərin (blogerlərin və infulenserlərin) fəaliyyətinin daha dəqiq və şəffaf rəsmiləşdirilməsinə, onların iqtisadi fəaliyyətinin ayrıca uçota alınmasına və statistik məlumatların daha dolğun formalaşdırılmasına imkan yaradır.

Dövlət Vergi Xidməti bu sahədə fəaliyyət göstərən vergi ödəyicilərinə fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun şəkildə rəsmiləşdirməyi və qeydiyyat zamanı yeni fəaliyyət kodunu seçməyi tövsiyə edir.

İş elanları AzVak.az-da

blogerlərin vergiyə cəlb edilməsi influenserlərin vergi qeydiyyatı rəqəmsal platforma təsirçisi fəaliyyət kodu 6312003 bloger fəaliyyət kodu influenser fəaliyyət kodu sosial media gəlirləri Instagram gəlirlərinin vergisi TikTok gəlirlərinin vergisi Dövlət Vergi Xidməti Günel Bəhramqızı rəqəmsal vergi inzibatçılığı Azərbaycanda blogerlər sosial şəbəkədən gəlir vergi uçotu
02.09.2026 10:39
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19