970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

İcarə obyektində təmirə çəkilən xərclər necə ödənilməlidir? – Ali Məhkəmə açıqladı

Ali Məhkəmə icarə obyektindəki təmir xərcləri ilə bağlı mühüm mövqe ifadə etdi. Ali Məhkəmədən icarəçilərə mühüm mesaj: Təmir xərcləri hər zaman geri ödənilməyəcək. Ali Məhkəmədən sahibkarlara tövsiyə: İcarə obyektindəki təmir xərcləri geri ödənilməyə bilər.
iç səhifə xəbər başlığı altı (mobil)_31
İcarə obyektində təmirə çəkilən xərclər necə ödənilməlidir? – Ali Məhkəmə açıqladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Mübahisənin mahiyyəti

İcarəyə götürülmüş əmlakda aparılan təmir və yaxşılaşdırmalara çəkilmiş xərclərin müqavilə başa çatdıqdan sonra kim tərəfindən qarşılanması icarə münasibətlərində tez-tez mübahisə doğuran məsələlərdəndir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası son qərarlarından birində bu məsələ ilə bağlı mühüm hüquqi mövqe ifadə etmişdir.

Reklam_3_11

Marja.az xəbər verir ki, həmin işdə icarəçi qeyri-yaşayış sahəsində öz vəsaiti hesabına geniş həcmli təmir, yenidənqurma və yaxşılaşdırma işləri apardığını bildirərək, həmin xərclərin icarəyə verəndən tutulmasını tələb etmişdir.

Tərəflər arasında bağlanmış icarə müqaviləsində əvvəlcədən razılaşdırılmışdır ki, müqaviləyə xitam verildikdə daşına bilən mebel və avadanlıqlar icarəçi tərəfindən götürülə bilər, ayrılmaz yaxşılaşdırmalar və digər avadanlıqlar isə icarəyə verənin mülkiyyətində qalır.

Ali Məhkəmənin hüquqi mövqeyi

Ali Məhkəmə vurğulayıb ki, tərəflər arasında müqavilə mövcuddursa, ilk növbədə həmin müqavilənin şərtləri tətbiq edilməlidir.

Mülki Məcəllənin 680-ci maddəsi kirayəçinin (icarəçinin) çəkdiyi xərclərin ödənilməsinə dair ümumi qayda müəyyən edir. Həmin maddəyə əsasən, kirayəyə verən əmlakın saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərcləri ödəməlidir. Əmlakın yaxşılaşdırılmasına çəkilmiş digər xərclərin, o cümlədən yaxşılaşdırma xərclərinin ödənilməsi isə özgə işlərini tapşırıqsız aparma qaydalarına uyğun həll edilir.

Lakin bu qaydalar tərəflərin müqavilə ilə fərqli razılaşma əldə etməsinə mane olmur və bu maddə tərəflər müqavilə ilə başqa tənzimləmə nəzərdə tutmadıqda tətbiq olunur.

Yəni, tərəflər yaxşılaşdırmaların hüquqi taleyini və onların dəyərinin ödənilməsi məsələsini müqavilədə əvvəlcədən tənzimləyiblərsə, sonradan yaranan mübahisə məhz həmin razılaşmaya əsasən həll edilməlidir.

İş elanları AzVak.az-da

Baxılan işdə müqavilədə icarə obyektindəki aparılması mümkün olmayan yaxşılaşdırmaların icarəyə verənin mülkiyyətində qalacağı nəzərdə tutulmuş, eyni zamanda onların dəyərinin icarəçiyə kompensasiya ediləcəyinə dair hər hansı öhdəlik müəyyən edilməmişdir.

Bu səbəbdən Ali Məhkəmə belə nəticəyə gəlib ki, icarəçinin yaxşılaşdırmalara çəkdiyi xərclərin sonradan icarəyə verəndən tələb edilməsi üçün hüquqi əsas mövcud deyil.

Sahibkarlar üçün hüquqi tövsiyələr

Bu hüquqi mövqe göstərir ki, icarə obyektində təmir və yenidənqurma işlərinə başlamazdan əvvəl onların hüquqi taleyi mütləq şəkildə müqavilədə dəqiq müəyyən edilməlidir. Müqavilədə:

icarə obayektindən ayrıla bilən və ayrılması mümkün olmayan yaxşılaşdırmaların müqaviləyə xitam verildikdən sonra hüquqi taleyinin necə müəyyən ediləcəyi;

icarəyə verənin mülkiyyətində qalacaq yaxşılaşdırmaların dəyərinin icarəçiyə kompensasiya olunub-olunmayacağı aydın şəkildə göstərilməlidir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

icarə müqaviləsi icarəçi icarəyə verən təmir xərcləri icarə obyektində təmir Ali Məhkəmə qərarı Kommersiya Kollegiyası ayrılmaz yaxşılaşdırmalar icarə obyektinin yaxşılaşdırılması təmir xərclərinin ödənilməsi kompensasiya sahibkar hüquqları kommersiya mübahisəsi Mülki Məcəllə 680-ci maddə kirayə müqaviləsi qeyri-yaşayış sahəsi icarə münasibətləri hüquqi mübahisə əmlakın yaxşılaşdırılması təmir pulunun geri alınması icarə müqaviləsində kompensasiya sahibkarlar üçün hüquqi tövsiyə.
02.09.2026 11:13
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19