Meta “Muse Spark 1.3” süni intellekt modelini istifadəyə verib
"Meta Platforms" indiyədək hazırladığı ən güclü süni intellekt modeli kimi təqdim etdiyi “Muse Spark 1.3”ü istifadəyə verib.
Marja xəbər verir ki, Şirkətin Süni İntellekt üzrə Baş direktoru Aleksandr Vanq yeni modelin imkanlarının aparıcı rəqiblərə yaxınlaşdığını bildirib.
Şirkətin açıqlamasına görə, proqramçılar Meta-nın ən qabaqcıl modelinin yenilənmiş versiyası olan “Muse Spark 1.3”ə çıxış əldə edə və modeldən ödənişli əsaslarla istifadə edə biləcəklər. Yenilənmiş modelin yaxın zamanda Instagram və Facebook kimi Meta sosial media platformalarında, eləcə də Meta AI istifadəçiləri üçün əlçatan olması planlaşdırılır.
Vanq bildirib ki, model xüsusilə kodlaşdırma və istifadəçilər adından tapşırıqları yerinə yetirə bilən agent imkanlarında ciddi irəliləyiş əldə edib.
“Bu, model performansında indiyədək əldə etdiyimiz ən böyük sıçrayışdır”, – deyə o bildirib.
Vanq yeni modelin Meta-nı OpenAI və Anthropic şirkətlərinin yaxın vaxtlarda istifadəyə verdiyi süni intellekt modelləri ilə eyni səviyyəyə çıxardığını iddia edib. Onun sözlərinə görə, “Muse Spark 1.3” Anthropic-in “Claude Fable 5.1” modeli ilə “rəqabətədavamlıdır”.
Vanq həmçinin Meta-nın modelinin xüsusilə kodlaşdırma sahəsində OpenAI-ın GPT-5.6 Sol modelindən “daha yaxşı” olduğunu iddia edib. OpenAI-ın isə yaxın zamanda “Astra” adı ilə tanınan daha qabaqcıl yeni modelini istifadəyə verəcəyi gözlənilir.
Vanq “Muse Spark 1.3”ün “bazarda mövcud olan istənilən Çin modelindən” daha yüksək nəticə göstərdiyini də bildirib.
Bununla belə, süni intellekt modellərinin performansını birbaşa müqayisə etmək çətin ola bilər. Modellər müxtəlif tapşırıqlarda fərqli nəticələr göstərdiyi kimi, istifadə olunan müqayisə və sınaq metodlarının real şəraitdəki performansı tam əks etdirməyə biləcəyi qeyd olunur.
Meta-nın baş direktoru Mark Zukerberq qısa müddət əvvəl yayımladığı qeyddə süni intellektin hazırlanmasının daha açıq və əlçatan hala gətirilməsinin vacibliyini vurğulayıb. Şirkət isə bu məqsədləri süni intellekt infrastrukturu və mütəxəssislərinə yatırdığı böyük investisiyalardan gəlir əldə etmək hədəfi ilə balanslaşdırmağa çalışır.
“Muse Spark 1.3” daha az token istifadə edir
Vanqın sözlərinə görə, “Muse Spark 1.3” əvvəlki modellərlə müqayisədə 25 faiz daha az token istifadə etməklə daha səmərəli işləyir.
Model ayrıca sessiyalara ehtiyac olmadan eyni vaxtda bir neçə iş axınını davam etdirə bilir. Yeni modelin uzun və mürəkkəb təlimatları yerinə yetirmək, həmçinin bir neçə tapşırıq üzrə detalları yadda saxlamaq qabiliyyətinin də təkmilləşdirildiyi bildirilib.
Modelin öz məhdudiyyətlərini daha yaxşı müəyyənləşdirdiyi, zərurət yarandıqda istifadəçidən əlavə izah istədiyi və geri qaytarılması mümkün olmayan əməliyyatları həyata keçirməzdən əvvəl istifadəçidən təsdiq aldığı qeyd olunub.
“Bu modeli istifadəyə vermək qərarına gəlməzdən əvvəl genişmiqyaslı təhlükəsizlik sınaqları keçirdik və model üzrə ümumi təhlükəsizlik təlimləri apardıq”, – deyə Vanq bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
2 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























