55 min gözlənilirdi, 162 min oldu – ABŞ-dan bazarları silkələyən məşğulluq rəqəmi
ABŞ-da Federal Ehtiyat Sisteminin (FED, ABŞ Mərkəzi Bankı) pul siyasətinin gələcək istiqaməti baxımından mühüm əhəmiyyət daşıyan kənd təsərrüfatı xaricində məşğulluq göstəriciləri açıqlanıb.
Marja xəbər verir ki, avqust ayında ABŞ iqtisadiyyatında kənd təsərrüfatı xaricində məşğulluq 162 min nəfər artıb.
Bu göstərici bazar gözləntilərini xeyli üstələyib. Bloomberg-in sorğusunda iştirak edən iqtisadçılar məşğulluğun cəmi 55 min nəfər artacağını proqnozlaşdırırdılar.
Güclü əmək bazarı göstəriciləri FED-in daha sərt pul siyasətini (mövcud faizləri) daha uzun müddət davam etdirə biləcəyi gözləntilərini gücləndirib. Bunun fonunda qızıl və kriptovalyutalar kimi aktivlər təzyiq altında qalıb.
Əvvəlki göstəricilər də yuxarı istiqamətdə yenidən hesablanıb
İyul ayı üzrə əvvəlcə 23 min nəfərlik azalma kimi açıqlanan məşğulluq göstəricisi 21 min nəfərlik artım olaraq yenidən qiymətləndirilib.
Avqust hesabatında əvvəlki iki ay üzrə məşğulluq göstəricilərinə edilən ümumi yuxarı istiqamətli düzəliş 55 min nəfər təşkil edib.
ABŞ-da işsizlik səviyyəsi avqust ayında gözləntilərə uyğun olaraq 4,1% olub.
İnflyasiya dinamikasının qiymətləndirilməsi baxımından FED-in yaxından izlədiyi orta saatlıq əməkhaqları da proqnozlara uyğun gəlib. Avqustda orta saatlıq əməkhaqları əvvəlki ayla müqayisədə 0,3%, illik müqayisədə isə 3,1% artıb.
Sənayedə son illərin ən güclü artımı
İstehsal sektorunda məşğulluq 2023-cü ildən bəri ən güclü artımını qeydə alıb. Tikinti şirkətlərində isə yanvar ayından etibarən ən yüksək məşğulluq artımı müşahidə olunub. Bir sıra iqtisadçılar bu il tikinti sektorunda işçi qüvvəsinə tələbatın yüksəlməsinin əsas səbəblərindən biri kimi məlumat mərkəzlərinə (data center) investisiyaların sürətlənməsini göstərirlər.
Yerli idarəetmə orqanlarının təhsil sektorunda məşğulluq isə iyul ayındakı qeyri-adi azalmanın ardından avqustda təxminən 42 min nəfər artıb.
Bu kateqoriyada yay aylarında göstəricilər yüksək dəyişkənlik nümayiş etdirə bilir. Buna məktəblərin açılması ilə müəllimlərin işə qayıtması təsir göstərir.
Niyə bazarlar üçün vacibdir?
162 min nəfərlik artımın 55 minlik proqnozu təxminən 3 dəfə üstələməsi ABŞ əmək bazarının gözləniləndən daha güclü qaldığını göstərir. Güclü əmək bazarı FED-in faizləri sürətlə azaltmasına ehtiyacı zəiflədə bilər. Faizlərin daha uzun müddət yüksək qalması ehtimalı isə faiz gəliri gətirməyən qızıl kimi aktivlər və riskli aktiv hesab edilən kriptovalyutalar üçün mənfi amil kimi qiymətləndirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
2 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb


























