Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

2026-2027-ci əkin mövsümündə sertifikatlı toxum istifadə etməyənlərə subsidiya 50% azaldılacaq

2027–2028 mövsümündə isə bu fermerlərə subsidiya verilməyəcək
iç səhifə xəbər başlığı altı (mobil)_31
2026-2027-ci əkin mövsümündə sertifikatlı toxum istifadə etməyənlərə subsidiya 50% azaldılacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Aqrar Subsidiya Şurasının qərarı ilə Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda müəyyən edilmiş kənd təsərrüfatında məhsuldarlığın və istehsalın artırılması, müasir suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsi, emal və ixrac yönümlü istehsalın təşviqi, heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması, eləcə də ölkənin ərzaq təminatının gücləndirilməsi hədəflərinə uyğun olaraq yeni subsidiya mexanizmləri və subsidiya şərtlərində dəyişikliklər təsdiq edilib. Yeni qərarla bitkiçiliklə yanaşı, heyvandarlıq və balıqçılıq sahələrində də bir sıra yeni subsidiyalar tətbiq olunacaq.

Marja xəbər verir ki, yerli toxumçuluğun inkişafı məqsədilə super-elit toxum istehsal edən toxumçu fermerlərə əkin subsidiyası yüksək əmsalla ödəniləcək. Yerli super-elit buğda və arpa toxumçularına əkin subsidiyası 470 manat/ha, xarici mənşəli super-elit buğda və arpa toxumçuluğuna isə 300 manat/ha artıq ödəniləcək.

Bunula yanaşı, buğda və arpa üzrə sertifikatlı toxumdan istifadə tələbi 5 hektara endirilib. 2026-2027-ci əkin mövsümündə sertifikatlı toxum istifadə etməyən belə fermerlərin əkin subsidiyası 50 faiz azaldılacaq, 2027-2028-ci əkin mövsümündə isə belə fermerlər üçün subsidiya əmsalı sıfır qəbul ediləcək.

AQRAR SAHƏDƏ BEYNƏLXALQ SERTİFİKATLARIN ALINMASINA DÖVLƏT DƏSTƏYİ VERİLƏCƏK

Fermer və aqrar müəssisələrin xarici bazarlara çıxışını asanlaşdırmaq məqsədilə Global G.A.P., FSSC 22000, HACCP, GRASP, BRCGS, FSMA və beynəlxalq orqanik sertifikatların alınması subsidiyalaşdırılacaq.

Sertifikatın növündən asılı olaraq dəstək məbləği 7 000 manatdan 36 000 manatadək, sertifikatların aktiv saxlanılması üçün illik dəstək isə müvafiq məbləğin 10 faizi səviyyəsində müəyyən edilir.

İş elanları AzVak.az-da

sertifikatlı toxum toxum subsidiyası super-elit toxum buğda toxumu arpa toxumu fermer subsidiyası əkin subsidiyası sertifikatlı toxum tələbi Global G.A.P. HACCP FSSC 22000 GRASP BRCGS FSMA orqanik sertifikat aqrar sertifikat fermerlərə dövlət dəstəyi kənd təsərrüfatı subsidiyaları ixrac subsidiyası 36 min manat subsidiya.
07.09.2026 10:33
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19