Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Kəlbəcər Dağ Kurort Turizm Mərkəzi yaradılır - Məsləhətçi Fransa şirkətidir

Kəlbəcərdə böyük turizm layihəsi başlayır – Layihə-smeta sənədlərinin hazırlanması üçün 504 min manatlıq müqavilə.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Kəlbəcər Dağ Kurort Turizm Mərkəzi yaradılır - Məsləhətçi Fransa şirkətidir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Kəlbəcərin turizm potensialının inkişafına mühüm töhfə verəcək Kəlbəcər Dağ Kurort Turizm Mərkəzinin yaradılması istiqamətində işlərə başlanılıb.

Marja.az xəbər verir ki, Dövlət Turizm Agentliyi tərəfindən Kəlbəcər Dağ Kurort Turizm Mərkəzinin yaradılması məqsədilə layihənin 1-ci mərhələsi üzrə layihə-smeta sənədlərinin hazırlanması üçün satınalma proseduru həyata keçirilib. Satınalma prosedurunun qalibi “Archico Project” MMC seçilib. Tərəflər arasında bağlanacaq müqavilənin ümumi məbləği 503 860 manat təşkil edir.

Layihənin konsultantı qismində Fransanın PGI şirkəti də prosesə cəlb olunub.

Bu gün ArchiCO ofisində layihə üzrə ilk işgüzar görüş keçirilib. Görüşdə “Archico Project” və PGI nümayəndələri iştirak edərək layihənin əsas istiqamətləri, qarşıda duran mərhələlər və iş prosesinin təşkili ilə bağlı ilkin müzakirələr aparıblar.

“Archico Project” MMC-nin layihə üzrə seçilməsi şirkətin mürəkkəb və genişmiqyaslı layihələrin hazırlanması, müxtəlif təyinatlı obyektlərin layihələndirilməsi və turizm infrastrukturu sahəsində formalaşdırdığı peşəkar təcrübənin göstəricisidir.

Layihənin Kəlbəcərin gələcək inkişafına töhfə verəcəyi gözlənilir. Layihənin reallaşdırılması regionun turizm potensialının yeni mərhələyə yüksəlməsinə və Kəlbəcərin turizm xəritəsində mövqeyinin daha da möhkəmlənməsinə töhfə verəcək.

İş elanları AzVak.az-da

Kəlbəcər Kəlbəcər Dağ Kurort Turizm Mərkəzi Kəlbəcər turizmi Dövlət Turizm Agentliyi Archico Project PGI dağ kurortu turizm layihəsi turizm infrastrukturu Kəlbəcərdə yeni layihə azad edilmiş ərazilər turizm mərkəzi layihə-smeta sənədləri 503 860 manat Kəlbəcər kurortu.
07.09.2026 17:55
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19