Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

PAŞA Bankın dəstəyi ilə “Qız qalası” baleti yenidən səhnəyə qayıdır

Azərbaycanın ilk milli baleti 86 ildən sonra yenidən səhnəyə qayıdır – PAŞA Bank böyük layihəyə dəstək verir
iç səhifə xəbər başlığı altı (mobil)_31
PAŞA Bankın dəstəyi ilə “Qız qalası” baleti yenidən səhnəyə qayıdır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın ilk milli baleti – Əfrasiyab Bədəlbəylinin “Qız qalası” əsəri yenidən səhnəyə qayıdır. Baletin bərpası PAŞA Bankın dəstəyi və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.

Bu məqsədlə 7 sentyabr 2026-cı il tarixində PAŞA Bank və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədi PAŞA Bankın İdarə Heyətinin sədri Cavid Quliyev və Teatrın direktoru Yusif Eyvazov imzalayıblar.

Reklam_3_11

Layihə Azərbaycan balet tarixində xüsusi yeri olan “Qız qalası”nın səhnə həyatının bərpasını və əsərin müasir tamaşaçıya yenidən təqdim olunmasını nəzərdə tutur.

PAŞA Bankın İdarə Heyətinin sədri Cavid Quliyev bildirib:

“Bəzi əsərlər zaman keçdikcə bir ölkənin mədəni yaddaşının ayrılmaz hissəsinə çevrilir. “Qız qalası” da məhz belə əsərlərdəndir. Azərbaycanın ilk milli baletinin yenidən səhnəyə qayıtmasına dəstək vermək bizim üçün xüsusi əhəmiyyət daşıyır. İstəyirik ki, illər əvvəl Azərbaycan balet sənətində yeni bir səhifə açmış bu əsəri bu günün tamaşaçısı da səhnədə görə bilsin. Düşünürəm ki, mədəni irsi yaşatmağın ən yaxşı yollarından biri onu yeni nəsillərlə yenidən görüşdürməkdir.”

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Yusif Eyvazov qeyd edib:

“ “Qız qalası” baleti Azərbaycan balet sənətinin təməlini qoyaraq milli musiqi və rəqs ənənələrinin klassik balet sənəti ilə bir araya gətirən əsər kimi Azərbaycan musiqi və səhnə sənəti tarixində xüsusi yer tutur. Onun yenidən səhnəyə qayıtması bizim üçün əlamətdar hadisədir. Məqsədimiz əsərin tarixi və bədii ruhunu qorumaqla onu bugünkü səhnənin imkanları ilə tamaşaçıya təqdim etməkdir. Belə böyük layihələrin həyata keçirilməsi güclü tərəfdaşlıq tələb edir və bu təşəbbüsdə PAŞA Bankın dəstəyini yüksək qiymətləndiririk”.

Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baleti ilk dəfə 1940-cı ildə səhnəyə qoyulub. Azərbaycanın ilk milli baleti hesab olunan əsər milli musiqi və rəqs ənənələrini klassik balet sənəti ilə bir araya gətirməsi ilə Azərbaycan musiqi və səhnə sənəti tarixində xüsusi yer tutur.

“Qız qalası” PAŞA Bankın Azərbaycan mədəniyyətinin mühüm nümunələrinin qorunmasına və yenidən geniş auditoriyaya təqdim olunmasına dəstək verdiyi layihələrin davamıdır. Bank daha əvvəl “Koroğlu” operasının bərpasına, Fikrət Əmirovun simfonik muğamlarının toplu şəklində hazırlanmasına, Azərbaycan xalçaçılıq sənətinin təbliğinə, eləcə də milli kinonun tanıdılması və təşviqinə dəstək göstərib.

İş elanları AzVak.az-da

PAŞA Bank Qız qalası baleti Əfrasiyab Bədəlbəyli Azərbaycanın ilk milli baleti Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Yusif Eyvazov Cavid Quliyev PAŞA Bank mədəniyyət layihələri Qız qalası baletinin bərpası Azərbaycan baleti milli balet Opera və Balet Teatrı Azərbaycan mədəniyyəti 1940 Qız qalası baleti.
08.09.2026 15:00
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19