Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Azərbaycan iqtisadiyyatının artım tempi zəifləyib

Azərbaycanın 8 aylıq ÜDM-i 87,7 milyard manatl keçib.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan iqtisadiyyatının artım tempi zəifləyib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın ümumi daxili məhsulu (ÜDM)  2026-cı ilin yanvar-avqust aylarında 87 milyard 709,5 milyon manat təşkil edib.

Marja.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, rəsmi makroiqtisadi göstəricilərin icmalına əsasən, ölkə iqtisadiyyatı ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 1,2% böyüyüb.

Reklam_3_11

Yanvar-iyul aylarının yekununda illik iqtisadi artım 1,4% təşkil etmişdi. Beləliklə, avqustun nəticələri nəzərə alındıqdan sonra ÜDM-in artım tempi 0,2 faiz bəndi zəifləyib.  

İş elanları AzVak.az-da

2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanın neft-qaz sektorunda yaradılmış ÜDM 26 milyard 181,9 milyon manat təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə neft-qaz ÜDM-i real ifadədə 0,8% azalıb.

Yanvar-iyul aylarında azalma 0,6% idi. Bununla da neft-qaz sektorunda geriləmə daha 0,2 faiz bəndi dərinləşib.

Azərbaycanda qeyri-neft-qaz sektorunda yaradılmış ümumi daxili məhsul 2026-cı ilin ilk 8 ayında 61 milyard 527,6 milyon manat olub. Ötən ilin eyni döv ilə müqayisədə qeyri-neft-qaz ÜDM-i real ifadədə 2,1% artıb.

Yanvar-iyul aylarında artım 2,2% təşkil etdiyindən, avqustun nəticələri ilə artım tempi 0,1 faiz bəndi zəifləyib.

Azərbaycanda 2026-cı ilin yanvar-avqust aylarında 44 milyard 620,3 milyon manatlıq sənaye məhsulu istehsal edilib. Sənaye istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,4% azalıb.

 

Diqqətçəkən məqam odur ki, yanvar-iyul aylarının yekununda sənayedə 0,3% artım qeydə alınmışdı. Beləliklə, 8 ayın nəticəsində sənaye istehsalının dinamikası müsbətdən mənfiyə keçib.

2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanın qeyri-neft-qaz sənayesində 14 milyard 605,9 milyon manatlıq məhsul istehsal edilib.

Sahədə istehsal ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 5,4% artıb.

Yanvar-iyul aylarında qeyri-neft-qaz sənayesində artım 4,4% idi. Beləliklə, artım tempi 1 faiz bəndi sürətlənib.

Azərbaycan ÜDM iqtisadi artım Azərbaycan iqtisadiyyatı ÜDM 2026 makroiqtisadi göstəricilər
09.09.2026 11:35
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19