Vyetnam şirkəti Azərbaycanda 200 MVt-lıq külək enerjisi layihəsi planlaşdırır
“ROX Energy Global” ilə külək və günəş enerjisi layihələri müzakirə edilib. 200 MVt-lıq külək layihəsi üçün ərazilər müəyyənləşdiriləcək.Energetika naziri Pərviz Şahbazov Vyetnamın “ROX Energy Global” şirkətinin baş icraçı direktoru Pham Minh Tuan ilə görüşüb.
Görüşdə şirkətlə Azərbaycanda 200 MVt gücündə külək enerjisi layihəsinin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə edilib. Layihə üçün ərazilərin müəyyənləşdirilməsi, texniki-iqtisadi əsaslandırmanın hazırlanması və külək ölçmələrinin aparılması kimi tədbirlər nəzərdən keçirilib.
Həmçinin Naxçıvanda günəş enerjisi layihəsinin həyata keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb. Bildirilib ki, Naxçıvanda bərpa olunan enerji layihələrinin inkişafı regionun “Yaşıl Enerji Zonası” konsepsiyasına və yaşıl enerji ixracı planlarına uyğun olaraq həyata keçirilir. Potensial günəş enerjisi layihəsi üçün ərazi imkanları, enerji sisteminə inteqrasiya və istehsal ediləcək elektrik enerjisinin reallaşdırılması məsələlərinə toxunulub. Bu xüsusda Naxçıvanın Azərbaycanın əsas enerji sistemi ilə əlaqələndirilməsi, həmçinin Naxçıvan-Türkiyə elektrik bağlantısının yaradılması istiqamətində görülən işlər barədə məlumat verilib. Naxçıvandan Türkiyə istiqamətində enerji ixracına imkan verəcək infrastrukturun inkişafının strateji əhəmiyyəti qeyd olunub.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycan Respublikası Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə “ROX Group” SC arasında bərpa olunan enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
2 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























