970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Utilizasiyada “Lada” liderdir — Hər iki avtomobildən biri bu markadır

Azərbaycanda 36 728 avtomobil utilizasiya edilib. Təkcə bu il 18 852 avtomobil dövriyyədən çıxarılıb. Köhnə avtomobilini təhvil verənlərə 1 milyon manatdan çox ödəniş edilib. Azərbaycanda hər 5 avtomobildən biri standartlara cavab vermir.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Utilizasiyada “Lada” liderdir — Hər iki avtomobildən biri bu markadır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda avtomobillərin utilizasiyasına başlanılandan bu il avqustun 31-nə qədər 36 min 728 nəqliyyat vasitəsi dövriyyədən çıxarılıb.

Bu barədə "Təmiz Şəhər" ASC-dən bildirilib.

Reklam_3_11

Məlumata görə, utilzasiya edilmiş avtomobillərin 18 min 852-i 2026-cı ilin 8 ayının payına düşüb.

Dövlət proqramı çərçivəsində indiyə qədər 1991 ədəd yerli istehsal yeni nəqliyyat vasitəsinin güzəştlə satışı həyata keçirilib, 1 milyon manatdan çox birdəfəlik ödəniş isə ərizəçilərin bank hesabına ödənilib.

Utilizasiya edilmiş avtomobillərin 56 %-i "Lada" ("Vaz"), 9 %-i "Gaz", 6 %-i "Mercedes Benz", 3 %-i "Opel", 2 %-i isə "Daewoo" markalı olub.

Azərbaycanda hər il istismar olunan çox sayda nəqliyyat vasitəsi köhnəlmə və yol-nəqliyyat hadisələri nəticəsində istifadəyə yararsız hala düşür. Statistik göstəricilərə əsasən, hazırda respublikada hər beş avtomobildən biri ekoloji və təhlükəsizlik standartlarına cavab vermir.

Nəqliyyat vasitələrinin utilizasiyaya təqdim olunmasını asanlaşdırmaq məqsədilə elektron portal istifadəyə verilib. Maşın utilizasiyaya təqdim edildikdən sonra onu utilizatora təhvil verən şəxsə təsdiqedici sənəd təqdim edilir. Həmin sənəd əsasında birdəfəlik ödəniş və yaxud yerli istehsal yeni nəqliyyat vasitəsi almaq üçün güzəşt almaq mümkündür.

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi könüllülük prinsipi əsasında aparılır və məcburi xarakter daşımır.

İş elanları AzVak.az-da

© "Report"

avtomobil utilizasiyası Azərbaycanda avtomobil utilizasiyası utilizasiya proqramı 36 728 avtomobil 18 852 avtomobil Təmiz Şəhər ASC köhnə avtomobillər nəqliyyat vasitələrinin utilizasiyası avtomobillərin dövriyyədən çıxarılması Lada VAZ GAZ Mercedes-Benz Opel Daewoo yerli avtomobil istehsalı yeni avtomobil güzəşti utilizasiya güzəşti utilizasiya ödənişi birdəfəlik ödəniş 1 milyon manat 1 991 avtomobil avtomobil parkı ekoloji standartlar təhlükəsizlik standartları köhnə maşınlar avtomobil utilizasiya portalı Azərbaycanda avtomobillər.
09.09.2026 17:18
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19