Shanghai International Port (Group) Abşeron Logistika Mərkəzində
Çindən Azərbaycana logistika marağı artır – nəhəng liman şirkətinin nümayəndələri Bakıda olublar, Abşeron Logistika Mərkəzilə konkret layihələrin həyata keçirilməsini müzakirə ediblərAbşeron Logistika Mərkəzi Çin Xalq Respublikasının aparıcı liman və logistika şirkətlərindən biri olan Shanghai International Port (Group) Co., Ltd. (SIPG) nümayəndə heyətini qəbul edib.
Görüş zamanı nəqliyyat-logistika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, Çin və Avropa arasında yük axınlarının şaxələndirilməsi, eləcə də Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə Orta Dəhliz vasitəsilə daşımaların səmərəliliyinin artırılması məsələləri müzakirə edilib.
Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı, logistika infrastrukturunun təkmilləşdirilməsi və tranzit imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər ölkənin qlobal nəqliyyat sistemində əhəmiyyətini artırır.
Abşeron Logistika Mərkəzinin fəaliyyəti barədə nümayəndə heyətinə məlumat verilib. Qonaqlar Mərkəzin dəmir yolu və avtomobil nəqliyyatını birləşdirən multimodal infrastrukturu, terminal imkanları, yükdaşıma və anbar xidmətləri ilə tanış olublar. Səfər çərçivəsində, həmçinin “Abşeron” Gömrük Postunun fəaliyyəti, Dövlət Gömrük Komitəsi və “Azərbaycan Dəmir Yolları” QSC ilə inteqrasiya olunmuş “Vahid Pəncərə” sistemi, eləcə də regional logistika zəncirində mühüm mövqeyə malik “Biznes Park Abşeron” Özəl Sənaye Məhəlləsi barədə məlumat təqdim edilib.
Görüşdə SIPG-nin liman idarəçiliyi və beynəlxalq logistika sahəsində təcrübəsinin Azərbaycan üzərindən keçən yük marşrutlarının inkişafına tətbiqi imkanları müzakirə olunub. Bu istiqamətdə əməkdaşlığın logistika əməliyyatlarının optimallaşdırılmasına, yük axınlarının artırılmasına və Orta Dəhliz üzrə daşımaların daha səmərəli təşkilinə imkan verə biləcəyi vurğulanıb.
Görüşün sonunda qarşılıqlı maraq doğuran istiqamətlər üzrə konkret logistika layihələrinin həyata keçirilməsi perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
5 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
19 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
28 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama
























