Avropa İttifaqına ixrac icazəsi olan Azərbaycan müəssisələrinin sayı 6 dəfə artıb
Avropa İttifaqına məhsul ixracına icazə verilmiş Azərbaycan müəssisələrinin sayı son illərdə əhəmiyyətli dərəcədə artıb.
Marja.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin 10 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
Dövlət Proqramında bildirilir ki, 2018-ci ildə belə müəssisələrin sayı 2 olduğu halda, 2025-ci ildə 12-yə çatıb.
Bundan əlavə, akvakulturada yetişdirilən nərəkimilərdən alınan kürü məhsulunun Avropa İttifaqına ixracı üzrə icazə əldə olunub.
Azərbaycanın adı Aİ-yə heyvan mənşəli məhsullar ixrac etməsinə icazə verilən ölkələrin müvafiq siyahısına daxil edilib.
Azərbaycan fındığı Avropa İttifaqında “yaşıl dəhliz”dən keçir
Azərbaycan fındığının Avropa İttifaqına ixracında tətbiq edilən yoxlama şərtləri əhəmiyyətli dərəcədə yumşaldılıb.
Dövlət Proqramında qeyd olunur ki, Azərbaycandan Aİ-yə ixrac olunan fındıq məhsullarında aşkarlanan uyğunsuzluqlarla bağlı bildirişlərin sayı xeyli azalıb.
Bunun nəticəsində 2021-ci ildən Azərbaycan fındığına Avropa İttifaqı tərəfindən “yaşıl dəhliz” tətbiq edilir.
Məhsulların müayinə tezliyi 20 faizə endirilib, ixrac üçün sertifikat tələbi isə aradan qaldırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
23 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
32 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama




























