Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır
Azərbaycan və Kamboca arasında ikiqat vergitutmanın aradan qaldırılması üzrə Saziş layihəsinin müddəaları razılaşdırılıbAzərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinci mərhələsi keçirilib.
Müzakirələr zamanı Saziş layihəsinin razılaşdırılmasının hər iki ölkənin investorları üçün daha əlverişli şəraitin yaradılmasına, habelə vergi sahəsində ikitərəfli əməkdaşlığın gücləndirilməsinə töhfə verəcəyi bildirilib.
Qeyd olunub ki, Saziş məlumat mübadiləsi və vergi borclarının yığılmasına yardım sahələrində əməkdaşlığın gücləndirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir.
Müzakirələrin nəticəsi olaraq Saziş layihəsinin vergitutma ilə bağlı bütün müddəaları üzrə razılıq əldə olunub. Bununla yanaşı, layihənin birbaşa vergitutma məsələlərinə aid olmayan digər müddəaları üzrə də razılığın əldə edilməsi istiqamətində tərəflərin birgə fəaliyyət göstərəcəyi bildirilib.
Danışıqların nəticələri tərəflər arasında imzalanmış “Razılaşdırılmış Protokol” sənədi ilə rəsmiləşdirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
2 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























