"Moody’s": Hörmüz riskləri Azərbaycan və Qazaxıstanın ixrac gəlirlərini artıra bilər
Azərbaycan üçün ikiqat fürsət: Bahalı neft və Orta Dəhliz. Yaxın Şərqdə gərginlik artır, Azərbaycan daha çox gəlir əldə edə bilər.Yaxın Şərqdə davam edən geosiyasi gərginlik və Hörmüz boğazında gəmiçiliklə bağlı risklər neft ixrac edən Azərbaycan və Qazaxıstan üçün əlavə gəlir imkanları yarada bilər.
Bu barədə “Moody’s” beynəlxalq reytinq agentliyinin hesabatında qeyd olunub.
Agentliyin qiymətləndirməsinə görə, region ölkələri üçün əsas təsir kanallarından biri enerji qiymətləridir. Neft qiymətlərinin yüksəlməsi Azərbaycan və Qazaxıstan kimi enerji ixracatçılarının ixrac gəlirlərini artırır, dövlət maliyyəsini gücləndirir və iqtisadi inkişaf proqramlarını dəstəkləyir.
“Moody’s” bildirir ki, neft-qaz sektorunda fəaliyyət göstərən şirkətlərin gəlirlərinin və likvidliyinin artması da iqtisadi fəallığa müsbət təsir göstərir.
Bununla yanaşı, agentlik qeyd edir ki, Hörmüz boğazında gəmiçiliklə bağlı risklər alternativ enerji və ticarət marşrutlarının əhəmiyyətini artırır. Bu baxımdan Xəzər regionu və Cənubi Qafqaz üzərindən keçən Orta Dəhliz daha çox aktuallıq qazanır.
Hesabatda qeyd olunur ki, Çin–Qazaxıstan–Xəzər dənizi–Azərbaycan–Gürcüstan–Türkiyə–Avropa xətti üzrə uzanan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu qlobal ticarət axınlarının yenidən istiqamətlənməsindən faydalanır.
“Moody’s” hesab edir ki, Orta Dəhlizin genişləndirilməsi Azərbaycan və Qazaxıstanın tranzit və logistika imkanlarını artırmaqla yanaşı, regionda dəmir yolu və nəqliyyat operatorları üçün yeni inkişaf perspektivləri yaradır.
Agentlik bununla yanaşı, dəhlizin tam potensialının reallaşdırılması üçün böyük investisiyalara ehtiyac olduğunu vurğulayır. Xəzər dənizində keçid imkanları, infrastruktur məhdudiyyətləri, layihələrin icrası və borc yükünün artması əsas risklər sırasındadır.
“Moody’s” həmçinin bildirir ki, Mərkəzi Asiya və Qafqaz ölkələri geosiyasi proseslərdən əsasən inflyasiya kanalı ilə dolayı təsirlənə bilər. Enerji və digər əmtəələrin bahalaşması pul siyasətinin yumşaldılmasını gecikdirə, faiz dərəcələrinin və borclanma xərclərinin yüksək qalmasına səbəb ola bilər.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
5 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
- 25 d. əvvəl
- 45 d. əvvəl
-
46 d. əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
52 d. əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 56 d. əvvəl
- 58 d. əvvəl
-
1 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
-
1 saat əvvəl
İnvestorlar niyə Azərbaycanı seçir? Ölkəmizin yeni iqtisadi üstünlükləri
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
Rəsmi məzənnələr açıqlandı
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Ən çox oxunanlar
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama
Prezident: Azərbaycanda yeni neft-qaz bumu mümkündür
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
Hörmüz planı təhlükədə — Trampın təklifi rədd etdiyi bildirilir























