Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Sahibkarlar rəqabət siyasətinin hazırlanmasına daha fəal cəlb ediləcək

AzVak-mobil_resmin_ustu_31
Sahibkarlar rəqabət siyasətinin hazırlanmasına daha fəal cəlb ediləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda sahibkarların rəqabət siyasəti üzrə məsləhətləşmə və əməkdaşlıq proseslərində iştirakının genişləndirilməsi nəzərdə tutulur.

Marja.az xəbər verir ki, tədbirlər 2027–2028-ci illərdə həyata keçiriləcək.

İlk növbədə müvafiq assosiasiyalar, birliklər və sahibkar qrupları, eləcə də onlarla müzakirəyə çıxarılacaq prioritet mövzular müəyyənləşdiriləcək.

Daha sonra sahibkarlarla müntəzəm məsləhətləşmələrin və rəy mübadiləsinin təşkili üçün mexanizm yaradılacaq.

Nəticədə sahibkarlarla məsləhətləşmələr keçiriləcək, təqdim edilən təkliflər qiymətləndiriləcək və nəticələrlə bağlı biznes nümayəndələrinə əks-əlaqə veriləcək.

Sahibkar və istehlakçılar üçün rəqabət üzrə maarifləndirmə proqramı həyata keçiriləcək

Azərbaycanda bazar subyektlərinin və istehlakçıların rəqabət savadlılığının artırılması üçün xüsusi tədbirlər həyata keçiriləcək. Tədbirin 2027-ci ildə icrası nəzərdə tutulur.

İlk mərhələdə hədəf qruplar, prioritet mövzular və maarifləndirmə vasitələri müəyyənləşdiriləcək, illik fəaliyyət planı hazırlanacaq.

Daha sonra maarifləndirici materiallar hazırlanaraq nəzərdə tutulan tədbirlər həyata keçiriləcək.

Tədbirin nəticəsində bazar iştirakçılarının və istehlakçıların rəqabət sahəsində məlumatlılıq səviyyəsinin yüksəlməsi gözlənilir.

Şirkət və dövlət qurumlarının əməkdaşlarına rəqabət üzrə təlimlər keçiriləcək

Azərbaycanda bazar iştirakçılarının, tənzimləyici və digər dövlət orqanlarının əməkdaşlarının rəqabət sahəsində kadr potensialının gücləndirilməsi nəzərdə tutulur. Tədbir 2027-ci ildə həyata keçiriləcək.

Əvvəlcə bazar iştirakçılarının və aidiyyəti dövlət qurumlarının təlim ehtiyacları, eləcə də prioritet mövzular müəyyənləşdiriləcək.

Sonra təlim proqramları və materialları hazırlanacaq, illik təlim planı təsdiq ediləcək.

Nəticədə təlimlər keçiriləcək, iştirakçıların əhatə səviyyəsinin və əldə etdikləri biliklərin artırılması təmin ediləcək.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

sahibkarlar biznes assosiasiyaları rəqabət siyasəti məsləhətləşmə özəl sektor
11.09.2026 19:05
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19