Azərbaycanda lisenziya və icazə prosedurlarının dəyişdirilməsi üçün təkliflər hazırlanacaq
Azərbaycanda lisenziya və icazə qaydaları dəyişə bilər. Biznes qarşısındakı inzibati maneələr yenidən nəzərdən keçiriləcək. Sahibkarlar üçün lisenziya prosedurları sadələşdirilə bilər”
Azərbaycanda sahibkarların fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə iqtisadi, texniki və inzibati tənzimləmələr, o cümlədən lisenziya və icazə prosedurları təhlil edilərək onların təkmilləşdirilməsi üçün təkliflər hazırlanacaq.
Marja.az xəbər verir ki, bu tədbir Prezidentin 11 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illər üzrə Milli Fəaliyyət Planı”nda nəzərdə tutulub.
Tədbirin 2027–2028-ci illərdə həyata keçirilməsi planlaşdırılır.
İlk mərhələdə təhlil olunacaq məhsul bazarları və həmin bazarlarda tətbiq edilən iqtisadi, texniki və inzibati tənzimləmələr, o cümlədən lisenziya və icazə prosedurları müəyyənləşdiriləcək.
Daha sonra mövcud tənzimləmə və prosedurların bazar iştirakçılarının fəaliyyət imkanlarına təsiri qiymətləndiriləcək, təkmilləşdirmə ehtiyacları prioritetləşdiriləcək.
Yekunda sahibkarların fəaliyyət imkanlarının genişləndirilməsinə xidmət edən əsaslandırılmış təkliflər paketinin hazırlanaraq aidiyyəti üzrə təqdim olunması nəzərdə tutulur.
Tədbirin əsas icraçısı Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyidir. İqtisadiyyat Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və digər aidiyyəti dövlət qurumları da prosesdə iştirak edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
2 gün sonra
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
-
10 saat sonra
“Baku Steel Company” ağır texnika və daşımalar üzrə tender elan edib
-
-
1 saat əvvəl
“MJ Finance” 16 faiz gəlirli istiqrazlar buraxır – 6 MİLYON MANAT
-
4 saat əvvəl
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır
-
4 saat əvvəl
Dövlətin üstünlük təşkil etdiyi bəzi bazarlar rəqabətə açıla bilər
-
4 saat əvvəl
Azərbaycanda lisenziya və icazə prosedurlarının dəyişdirilməsi üçün təkliflər hazırlanacaq
-
4 saat əvvəl
Sahibkarlar rəqabət siyasətinin hazırlanmasına daha fəal cəlb ediləcək
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycan özəl investisiyaların artımını rəqabət islahatları ilə stimullaşdıracaq
-
4 saat əvvəl
Sahibkarların dövlət satınalmalarına və mühüm infrastruktura çıxışı genişləndiriləcək
- 4 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
“Baku Steel Company” ağır texnika və daşımalar üzrə tender elan edib
“MJ Finance” 16 faiz gəlirli istiqrazlar buraxır – 6 MİLYON MANAT
Dövlətin üstünlük təşkil etdiyi bəzi bazarlar rəqabətə açıla bilər
Sahibkarların dövlət satınalmalarına və mühüm infrastruktura çıxışı genişləndiriləcək
Ən çox oxunanlar
Azərbaycanda məhsul bazarları yeni metodla yoxlanılacaq
Azərbaycanda rəqabət üzrə ayrıca tədqiqat mərkəzi yaradılacaq
Fərid Şəfiyev yeni yaradılan Mərkəzə sədr təyin edildi
Hansı regionda rəqabət zəifdir? – Xüsusi xəritə hazırlanacaq
Dövlət müəssisələri üçün yeni rəqabət qaydaları gəlir
Azərbaycanda inhisarçılığa qarşı yeni plan təsdiqləndi
























