Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Dövlətin üstünlük təşkil etdiyi bəzi bazarlar rəqabətə açıla bilər

Dövlət şirkətləri üçün rəqabət qaydalarının dəyişdirilməsi təklif olunacaq
iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlətin üstünlük təşkil etdiyi bəzi bazarlar rəqabətə açıla bilər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dövlət şirkətləri üçün rəqabət qaydalarının dəyişdirilməsi təklif olunacaq

Azərbaycanda dövlət müəssisələrinin müxtəlif bazarlarda fəaliyyətində rəqabətli neytrallıq prinsiplərinin tətbiqinin təkmilləşdirilməsi üçün təkliflər hazırlanacaq.

Marja.az xəbər verir ki, tədbir 2027–2028-ci illər ərzində həyata keçiriləcək.

Yeni yanaşma nəzarət zərfi dövlətə məxsus banklara şamil edilməyəcək.

İlk mərhələdə dövlət müəssisələrinin bazardakı fəaliyyətinin rəqabətli neytrallıq baxımından qiymətləndirilməsi üçün göstəricilər və meyarlar müəyyən ediləcək.

Sonra bu göstəricilər əsasında dövlət müəssisələrində rəqabətli neytrallıq prinsiplərinin tətbiqi vəziyyəti təhlil ediləcək və təkmilləşdirilməli istiqamətlər müəyyənləşdiriləcək.

Yekunda dövlət müəssisələrinin fəaliyyətində rəqabətli neytrallığın təşviqinə dair əsaslandırılmış təkliflərin hazırlanması nəzərdə tutulur.

Əsas icraçı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyidir. Azərbaycan İnvestisiya Holdinqi, AZCON, İqtisadiyyat Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi də tədbirin icrasında iştirak edəcək.

Dövlətin üstünlük təşkil etdiyi bəzi bazarlar rəqabətə açıla bilər

Azərbaycanda xüsusi tənzimləmə tətbiq olunan infrastruktur və xidmət sahələrinin, eləcə də dövlətin müstəsna iştirakının mövcud olduğu məhsul və xidmət bazarlarının rəqabətli bazar modelinə mərhələli keçidi üçün mexanizm formalaşdırılacaq.

Marja.az xəbər verir ki, tədbirin 2028–2029-cu illərdə həyata keçirilməsi nəzərdə tutulur.

İlk növbədə rəqabətli bazar modelinə keçid potensialına malik xüsusi tənzimlənən infrastruktur və xidmət sahələri, həmçinin dövlətin müstəsna iştirak etdiyi məhsul və xidmət bazarları müəyyən ediləcək.

Sonra seçilmiş sahələr üzrə beynəlxalq təcrübə və Azərbaycan iqtisadiyyatının xüsusiyyətləri araşdırılacaq, rəqabətli bazar modelinə keçid imkanları qiymətləndiriləcək.

Bununla yanaşı, xüsusi tənzimləmə tətbiq olunan subyektlərin və fəaliyyət istiqamətlərinin mövcud siyahılarının aktuallığı nəzərdən keçiriləcək.

Yekunda seçilmiş sahələr üzrə rəqabətli bazar modelinə mərhələli keçidlə bağlı təkliflər hazırlanacaq. Zərurət yaranarsa, xüsusi tənzimləməyə məruz qalan subyektlər və fəaliyyət istiqamətləri üzrə mövcud siyahılara dəyişiklik layihələri də hazırlanacaq.

dövlət şirkətləri dövlət müəssisələri rəqabətli neytrallıq özəl sektor AİH AZCON rəqabət dövlət inhisarı rəqabətli bazar xüsusi tənzimləmə infrastruktur dövlət müəssisələri özəl sektor
11.09.2026 19:13
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19