Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Asiya İnkişaf Bankı Azərbaycanda yeni iri layihələrə hazırlaşır

Azərbaycan Asiya İnkişaf Bankı ilə yeni enerji, nəqliyyat və su layihələri hazırlayır
iç səhifə xəbər başlığı altı (mobil)_31
Asiya İnkişaf Bankı Azərbaycanda yeni iri layihələrə hazırlaşır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Sentyabrın 14-də maliyyə naziri, Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə rəhbəri Sahil Babayev ölkəmizdə səfərdə olan AİB-nin Direktorlar Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.

Reklam_3_11

Görüşdə Azərbaycan ilə AİB arasında tərəfdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, birgə həyata keçirilən layihələr, özəl sektorun inkişafına dəstək, dövlət-özəl tərəfdaşlığı, eləcə də regional əməkdaşlıq məsələləri diqqət mərkəzində olub.

Nazir Sahil Babayev uzunmüddətli və etibarlı tərəfdaş kimi Azərbaycanın AİB ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb. Qeyd edilib ki, Bank tərəfindən ölkəmizdə maliyyələşdirilən layihələr, göstərilən texniki və maliyyə dəstəyi ölkənin inkişaf prioritetlərinin həyata keçirilməsində mühüm rol oynayır. Bildirilib ki, Azərbaycanın AİB-ə üzv olduğu dövrdən etibarən Bankla əməkdaşlıq çərçivəsində 160 layihə üzrə ümumilikdə 5,6 milyard ABŞ dolları həcmində maliyyələşdirmə həyata keçirilib.

2025-2029-cu illər üzrə Ölkə Tərəfdaşlıq Strategiyası çərçivəsində iqtisadiyyatın şaxələndirilməsi və dayanıqlı iqtisadi artımın təmin edilməsində özəl sektorun rolunun gücləndirilməsinin əsas prioritetlərdən olduğu diqqətə çatdırılıb. Bu baxımdan, AİB-nin qeyri-suveren əməliyyatlarının genişləndirilməsi, özəl investisiyaların və kapitalın ölkə iqtisadiyyatına cəlb edilməsi imkanlarının artırılmasının xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.

Öz növbəsində, AİB Direktorlar Şurasının üzvləri Azərbaycan ilə Bank arasında uzunmüddətli və səmərəli tərəfdaşlığın əhəmiyyətini qeyd ediblər. Xüsusilə CAREC Proqramı çərçivəsində Azərbaycanla əməkdaşlığın davam etdirilməsi, nəqliyyat, enerji və ticarət sahələrində birgə təşəbbüslərin genişləndirilməsinin vacibliyi vurğulanıb.

Görüş zamanı, həmçinin icrası davam edən Azərbaycan Dəmir Yolları Rəqəmsal Transformasiya Layihəsi, eləcə də enerji, nəqliyyat və su sektorlarında AİB ilə birgə hazırlanmaqda olan yeni layihələr müzakirə edilib.

Asiya İnkişaf Bankı AİB Sahil Babayev Azərbaycan 5 6 milyard dollar 160 layihə investisiya özəl sektor dövlət-özəl tərəfdaşlığı enerji nəqliyyat su sektoru Azərbaycan Dəmir Yolları rəqəmsal transformasiya CAREC xarici investisiyalar iqtisadiyyat maliyyələşdirmə
14.09.2026 15:15
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19

Ən çox oxunanlar